Şetsin

Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir.

Şəhər
Şetsin
Szczecin
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
53°25′29″ şm. e. 14°33′19″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 301 ± 1 km²
Mərkəzin hündürlüyü 131 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 396.168 nəf. (31 mart 2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +48 91
Poçt indeksi 70-001–71-899
Nəqliyyat kodu ZS, ZZ
Digər
szczecin.eu/pl
Şetsin xəritədə
Şetsin
Şetsin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi.

XX Əsr

Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı.

İqdisadiyyatı

Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir. Şəhərdə maşınqayırma, gəmiqayırma, neft-kimya sahələri inkişaf etmişdir.

Təhsil

  • Şetsin Universiteti
  • Qərbi Pomeriyan texnoloji Universiteti
  • Şetsin Dənizçilik Universiteti
  • Şetsin İncəsənət Akademiyası
  1. archINFORM (alm.). 1994.
  2. https://bdl.stat.gov.pl/api/v1/data/localities/by-unit/023216562011-0977976?var-id=1639616&format=jsonapi.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.