Şerlok Holms muzeyi

Şerlok Holms muzeyi (ing. The Sherlock Holmes Museum) — Ser Artur Konan Doyl tərəfindən yaradılmış ədəbi personaj, əfsanəvi xəfiyyə Şerlok Holmsun Londonda ev muzeyi.

Şerlok Holms muzeyi
ing. The Sherlock Holmes Museum
Şəkilin izahı
Şəkilin izahı
Əsası qoyulub 1990
Ölkə
Yerləşir 221b, Baker Street, London, NW1 6XE, UK
Telefon +44 207 224 36 88
İş rejimi Hər gün 09.30-dan 18.00-a kimi
Bilet Böyüklər: £ 8.
uşaqlar: £ 5.
51°31′25″ şm. e. 0°09′39″ q. u.
The Sherlock Holmes Museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

221b Beyker-strit nömrəsinin tarixi

1890 və 2010-cu illərdə Beyker-stritdəki evlərin nömrələnməsi.

221b Beyker-strit adresi uzun illər ərzində Şerlok Holms ev muzeyi və National Abbey arasında mübahisə predmeti olmuşdur. Artur Konan Doylun əsərlərinə əsasən Şerlok Holms və dostu Həkim Uatson Beyker-strit, 221b (221b, Baker street) ünvanında yerləşən evdə 1881, 1904-cü illərdə yaşamışlar. Əsərlərin yazıldığı zamanda Londonda belə ünvan mövcud deyildi. Beyker-stritin şimala doğru (19-cu əsrin axırında Upper Baker street adlı küçə yerləşən yerə) doğru uzadılması nəticəsində Abbey National tikinti cəmiyyəti tərəfindən binaya verilməsi nəticəsində bu nömrə 215 və 229 nömrələri arasında peyda oldu. Bu səbəbdən uzun illər ərzində Abbey National "221b Baker Street" ünvanına Şerlok Holmsun adına daima gələn məktublar və digər korrespendensiyanı ayırmaq üçün xüsusi vəzifəyə katib təyin etməli olurdular. Muzey yaradılan zaman qanuni əsasla Şerlok Holmsun, əslində nömərsi 239 olan, lazımı löhvəni asa bilmək üçün xüsusi "221b Baker Street" firması yaradılmışdır. Nəticədə ev rəsmi olaraq 221b, Baker Street, London, NW1 6XE, poçt ünvanını ala bildi və məktublar birbaşa muzeyə gəlməyə başladı.

Muzey

Muzey Beyker-stritdə, London metrosunun eyni adlı stansiyasının yaxınlığında təxminən Beyker-strit küçəsinin Merilebon-roudun Ridjents-parkla birləçməsindən yarıyolda yerləşir. Muzey Viktorian üslubunda tikilmiş dördmərtəbəli evdə yerləşir. Ev 1815-ci ildə tikilib və Əlahəzrət kraliçanın memarlıq və ya tarixi baxımdan önəmli 2-ci sinif binalar siyahısına daxildir[1]. Muzey lövhəsindən əlavə hər hansı bir tarixi şəxsiyyətin yaşadığı binalara vurulan, tipik London memerial lövhəsi ("Göy löhvə") də çöl tərəfdən vurulmuşdur. Lövhədə 1881-ci ildən 1904-cü ilə qədər bu evdə məsləhətçi-xəfiyyə Şerlok Holmsun yaşadığı göstərilmişdir.

Muzey yaradılarkən muzey rəhbərliyi Artur Konan Doylun qızı Jean Konan Doyla müraciət etsədə yazıçının qızı bu təklifi müsbət qarşılamamışdır. Muzeyin yaradılmasına kəskin etiraz edən Jean Konan Doylun əsas əks çıxdığı hal muzeyin yaranması ilə atasının yaratdığı personajın insanların şüurunda real şəxsiyyət olması fikrinin daha da möhkəmlənəcəyi idi[2]. Bu fikir binanın üzərində vurulan "Göy lövhədə" Holmsun bu binada yaşadığı təxmini illərin göstərilməsiylə daha da sərtləşir. Baxmayaraq ki, bu lövhə London şəhərinin İngiltərə tarixində önəmli iz buraxmış tarixi şəxsiyyələrin şərəfinə vurulan lövhələrin sxeminə uyğun gəlir amma bu lövhə həmin sxemin bir hissəsi deyil beləki, lövhələr uydurulmuş şəxsiyyətlərin qeyd olunması halını istisna edir.[3]

Muzey Konan Doylun qızına muzeydə atası üçün xüsusi xatirə otağı yaratmağı təklif etsə də o bu təklifdən də imtina etmiş və yazıçının qalan əşyaları hərracdan satılmışdır.

Muzey hər gün 09:30-dan 18:00-a kimi acıqdır. Giirş biletinin qiyməti 10 funt sterlinqdir (2014 sentyabr). Muzeydə pulsuz foto və video çəkilişə icazə verilir. Dördüncü mərtəbədə xüsusi stolun üzərində ziyarətçilər üçün xatirə kitabı var[1].

Muzeyin interyeri

Muzeyin birinci mərtəbəsini suvenir mağazası kiçik dəhliz tutur. İkinçi mərtəbədə pəncərələri Beyker-stritə açılan qonaq otağı onunla bitişik pəncərəsi həyətə olan Holmsun otağı yerləşir. Üçüncü mərtəbədə pəncərəsi həyətə Vatsonun və pəncərəsi küçəyə Miss Hadsonun otaqları yerləşir. Dördüncü mərtəbədə əvvəllər təsərrüfat məqsədi ilə istifadə olunan indi isə Şerlok Holmsla əlaqədar əsərlərin müxtəlif qəhrəmanlarının mum fiqurları, həmçinin tualet və kiçik anbar yerləşir.

Evin interyeri Artur Konan Doylun Şerlok Holms barədə olan əsərlərdəki təsvirlərə tam uyğun gəlir və işlənməsinin dəqiqliyi ilə seçilir. Ev muzeydə oxuculara Şerlok Holms barədə əsərlərədən tanış olan bir çox əşyaları "canlı" görmək mümkündür. Holmsun skripkası, papağı, ov qamcısı, cib biçağı ilə kamin lövhəsinə bərkidilmiş məktublar, kimyəvi təcrübələr üçün ləvazimat, Vatsonun ordu revolveri və başqa əşalar bu siradandır. Qonaq otağının divarında şüşə altında Holmsun "Mesqreyv ailəsinin ayini" hekayəsində "atəş açdığı" kraliça Viktoriyanın "VR" monoqramını görmək olar.

Muzeyin qonaqları məşhur xəfiyyənin və dostunun evinə baxa, məişət əşyaları ilə tanış olub, kamin önündə kresloda otura və xatirə şəkli çəkdirib, əksəriyyətinin Şerlok Holmsla əlaqəli olduğu suvenirlər əldə edə bilərlər.

Muzeyin binası 1860–1934-cü illər ərzində otaqlarıında mebel olan ev kimi qeydə alındığından tək Şerlok Holmsun ev-muzeyi kimi deyil həmçinin XIX əsrin axırı tipik London gəlir evinin klassik nümunəsi kimi maraqlıdır[1].

İstinadlar

  1. Официальный буклет музея Шерлока Холмса, на русском языке.
  2. Duncan, Alistair (2009). Close to Holmes: A Look at the Connections Between Historical London, Sherlock Holmes and Sir Arthur Conan Doyle. London: MX Publishing. ISBN 1-904312-50-0.
  3. "Celebrating People & Place, Blue Plaque Guidance, English Heritage, p42" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.