Şelonski adaları

Şelonski adalarıLaptevlər dənizində yerləşən adalar qrupu. Adalar Yana körfəzində Yana çayının deltasından şərqdə yerləşir[1]. Adaları Yana-İndiqlrks çökəkliyindən dar və dayaz, bataqlıqlaşmış boğaz ayırır. Boğazın eni 1,5 km təşkil edir. Adaların bir qisminin adı yoxdur. Bəziləri isə Yana çayının Syuryuktyak, Çandan, Muksunuox qollarının adından götürülmüşdür. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.

Şelonski adaları
rus. Шелонские острова
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
71°40′30″ şm. e. 138°26′24″ ş. u.
Ölkələr
Akvatoriya
Şelonski adaları xəritədə
Şelonski adaları
Şelonski adaları
Şelonski adaları (Yakutiya)
Şelonski adaları
Şelonski adaları, Yakutiya

Təsviri

Arxipelaqın ən böyük adası Şərqi Şelonski Manıko yarımadasından şimalda yerləşir. Adanın uzunluğu 17 km, maksimal eni isə 7,2 km təşkil edir. Adada çoxlu göllər vardır. Adanın şərqində Şelyax buxtası yerləşir. Qərbi Şelonski adası isə nisbətən kiçikdir. Adanın diametri 2,5 km-dir.

Cənubi Şelonski adası Yarok adasından 20 km qərbdə yerləşir. Adanın uzunluğu 3 km, eni 0,7 km təşkil edir.

Xüsusiyyətləri

Yana deltasındanda yerləşən adaların ətrafı güçlü şəkildə balaqlıqlaşmışdır. Burada arktik fırtınalar müşahidə edilir. Adanın ətrafı ilin 8 ayı buzla örtülü olur. Bununla da materiklə əlaqə mümkün olur.

İstinadlar

  1. "Yandeks. Xəritələr". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.