Şeidlər
Şeidlər – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Şeidlər | |
---|---|
40°49′ şm. e. 45°55′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir.[2]
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- Şeidlər // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.