Şayəstə Qadınəfəndi
Şayəstə Qadınəfəndi (1838, Suxumi – 11 fevral 1912, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı.
Şayəstə Qadınəfəndi | |
---|---|
زوجة شايستي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suxumi, Abxaziya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Əsilzadəlik |
Atası | Tataş bəy İnalpa |
Anası | Saray xanım |
Həyat yoldaşı | I Əbdülməcid |
Uşaqları |
Abdullah Əfəndi Nailə Sultan |
Dini | sünnilik |
Həyatı
Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.
Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi. 1856-cı ildə o, ikinci övladı Nailə Sultanı dünyaya gətirdi. Övladlarının dünyaya gəlişindən sonra məsrəflərini artıran Şayəstə xanım bu həyat tərzini 1861-ci ildə ərini itirdikdən sonra da davam etdirdi. Sultan Əbdülməcidin digər xanımı Gülüstü xanımın vəfatından sonra azyaşlı oğlu Mehmed Vahidəddin Əfəndini də öz himayəsinə almışdır. Ərinin vəfatından sonra övladlarıyla birlikdə Çəngəlköydəki sarayda yaşamağa başladı. Bütün qohumlarını və yaxınlarını sarayda yerləşdirən Şayəstə xanım qızı Nailə Sultanı da 1880-ci ildə Dolmabağça sarayında həmyerlisi olan Çərkəz Mehmed Paşa ilə evləndirdi.
Sultan Əbdülməcidin ən uzunömürlü xanımlarından biri olan Şayəstə xanım 11 fevral 1861-ci ildə Çəngəlköy sarayında vəfat etdi və Yəhya Əfəndi türbəsində dəfn olundu.
Məsrəfləri və borclanmaları o qədər çox idi ki, 1874 və 1892-ci illərdə borcluları ilə məhkəməlik olmuşdu. Ancaq saray daima onun bu problemlərini həll etmişdir. Ölümündən bir ay öncə ögey oğlu Sultan Rəşada məktub yazaraq yaşadığı Fəriyə sarayının təmirə ehtiyacı olduğunu, özünün isə müvəqqəti olaraq Çəngəlköy sarayına köçdüyünü bildirdi. Ancaq bu istəyi yerinə yetirilmədən vəfat etdi.
Övladları
- Abdullah Əfəndi (d. 3 fevral 1853 — ö. 1862)
- Nailə Sultan