Xətai rayonu

Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon.

Bu məqalə Xətai rayonu haqqındadır. Digər mənalar üçün Xətai səhifəsinə baxın.
Xətai rayonu

40°23′ şm. e. 49°52′ ş. u.


Ölkə
İcra başçısı Rafiq Quliyev (icra başçısı)
Tarixi və coğrafiyası
Yaradılıb 1904
Sahəsi
Hündürlük
27 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 289.900 nəf. (1 yanvar 2021)[2]
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.

Əhalisi

Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər

İqtisadiyyatı

Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.