Şatolar

Şato (Çincə: 沙陀 pinyin: shā tuó, Sha-t'o) — Qərb Göytürk Xaqanlığının ərazisində yaşayan türk tayfaları. Bu ad onlara Şato səhrasında yaşadıqları üçün verilmişdir.

Gültigin abidəsi
Gültigin abidəsi
Türk tarixi
XIV əsrə qədər
Göytürk xaqanlığı 552–744
  Qərbi Göytürk
  Şərqi Göytürk
Avar xaqanlığı 564–804
Xəzər xaqanlığı 618–1048
Böyük Bolqar xanlığı 632–668
  Dunay Bolqariyası
  İdil Bolqariyası
Türkeş xaqanlığı 699–766
Uyğur xaqanlığı 744–840
Qaraxanlılar dövləti 840–1212
  Qərbi Qaraxanlılar
  Şərqi Qaraxanlılar
Peçeneq xaqanlığı
860–1091
Kimək xaqanlığı
743–1035
Dəşt-i Qıpçaq
1067–1239
Oğuz dövləti
750–1055
Şato sülalələri 923–979
  Sonrakı Tan
  Sonrakı Tszin
  Sonrakı Xan (Şimali Xan)
Qəznəvilər dövləti 963–1186
Böyük Səlcuq İmperiyası 1037–1194
Xarəzmşahlar dövləti 1077–1231
Rum sultanlığı 1092–1307
Dehli sultanlığı 1206–1526
  Müəzzilər sülaləsi
  Xələclər sülaləsi
  Tuğluqoğulları sülaləsi
Məmlük dövləti 1250–1517
  Bəhri sülaləsi

Tarixi

Miladdan sonra VII əsrdə Fərqanədə qədim Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər. Qumilyov yazır ki, şatolar Şərqi Cunqariya ərazisində, Burkul gölünün ətrafında yaşayırdılar. Tan imperiyasına tabe idilər. [1]

Hakimləri

Şato tayfasının hakim ailəsi Çuye (朱邪) adlanırdı.

  1. Çuye Ake
  2. Çuye Quçu - İşbara xaqanla birlikdə Tan imperiyasına qarşı üsyana qoşulmuşdu.651-ci ildə məğlub edilmişdi.
  3. Çuye Cinşan - 661-ci ildə Yağlakarlara qarşı səfərbərliyə qoşulduğu üçün Moliçun qarnizonu komandanı təyin olunmuşdu. 702-ci ildə Çinmanzu qubernatoru və Çanqyeçunqonq knyazı idi. 712-ci ildə hələ sağ idi.
  4. Çuye Fukuo - Şato Cinşan və Şanquo xatunun oğlu idi. 714-cü ildə Çinmanzu qubernatoru təyin olunmuşdu. Aşina Çi ilə evlənmişdi. Yonqşuçin böyük knyazı idi.
  5. Çuye Kutuçi - Şato Fukuonun oğlu idi. 714-cü ildə Uyğurların hakim müavini idi. 740-cı ildə An Luşan üsyanına qarşı Çinin tərəfində qoşuldu.Sərkərdəliyə qədər yüksəldi.
  6. Çuye Cinçonq (朱邪盡忠) - Ciukuan knyazı idi. Bu dövrlərdə Şatolar Tibetdən asılı idilər. 808-ci ildə 30.000 türklə birgə Çinə köçməyə qərar verən Cinçonq Tibetlilərin müqaviməti ilə qarşılaşdı. Baş verən döyüşdə Cinçonq öldürüldü.
  7. Çuye Çiyi (朱邪執宜) - Şatoların qalan hissəsini indiki Daxili Monqolustan torpaqlarına gətirdi. Qısa zaman sonra tayfanın digər hissəsi də Cinçonqun qardaşı Çuye Abo (朱邪阿波) ilə birgə gəldi. 817-ci ildə Vanq Çenzonq (王承宗) üsyanına qarşı Çinə kömək etdi.Həmin il U Yuançinin üsyanını da yatıran Çiyi daha böyük vəzifələrlə mükafatlandırıldı.
  8. Çuye Çisin (朱邪赤心) - 839-cu ildə Uyğur baş naziri Yuelovu Külüg bəyə qarşı üsyan qaldırdı.Şatolardan yardım üçün Çisinə 300 at göndərdi. Şato ordusu qısa bir zamanda Ordu Balıq şəhərini mühasirəyə aldı. Külüg bəy intihar etdi. Çuye Çisin daha sonra Tan sülaləsinə Tibetə qarşı yürüşlərində kömək etdi. Li Keyonun atasıdır. 887-ci ildə vəfat edib.

İmperatorlar

Sonrakı Tan

Şatolar əvvəl Cin knyazlığının, daha sonra isə Sonrakı Tan sülaləsinin əsasını qoymuşdular.

Rəsm İmperator titulu Əsl adı Çin adı Ölümdən

sonrakı adı

Məbəd adı Era adı Hakimiyyət illəri
Çuye Çiyi

(朱邪執宜)

昭烈皇帝

(Görkəmli, seçkin imperator)

Yiçü (懿祖)

Təvazökar

Heç vaxt imperator olmayıb.

Ölümündən sonra fəxri ad verilib

Çuye Çisin

(朱邪赤心)

Li Quoçanq

(李國昌)

文景皇帝

(Müdrik, parlaq imperator)

Hsiançü (獻祖)

Əcdad

Heç vaxt imperator olmayıb.

Ölümündən sonra fəxri ad verilib

?-887
Li Keyon

(李克用)

武皇帝

(Döyüşkən imperator)

Taiçü (太祖)

Böyük əcdad

Heç vaxt imperator olmayıb.

Ölümündən sonra fəxri ad verilib

896/907-908
光聖神閔孝皇帝

(Müqəddəs işıqlı imperator)

Li Çunşü

(李存朂/

李存勗/

李存勖)

Çonqçonq (莊宗)

Ləyaqətli əcdad

Tonqquanq (同光)

İşıqlı dövr

13 may, 923 – 11 iyun, 926

908-926
聖明神武文德恭孝皇帝

(929-933)

聖明神武廣道法天文德恭孝皇帝

(933)

Li Miyaoçili

(邈佶烈)

Li Siyuan

(李嗣源)

927-ci ildən sonra:

Li Dan

(李亶)

Minqçonq (明宗)

Parlaq əcdad

Tiançenq (天成)

Səmavi mükəmməllik

926–930

Çanqhsinq (長興)

Uzun intibah

930–933

926-933
Li Konqhu

(李從厚)

閔皇帝

(Ehtiyatlı imperator)

Yinqşun (應順)

933-934

933-934
Vanq Konqke

(王從珂)

Li Konqke 後唐末帝

(Son imperator)

後唐廢帝

(Devrilmiş imperator)

Kinktay (清泰)

934-937

934-937

Sonrakı Cin, Sonrakı Xan və Şimali Xan

Sonrakı Cin Şatoların qurduğu ikinci imperiya idi. Çuyelərlə Çinə gəlmiş, Tan sülaləsinə tabe olmuşdular. Sonrakı Tan sülaləsi sərkərdəsi Şi Cinqtanq öz imperiyasını elan etmişdi.

Rəsm Əsl adı Ölümdən sonrakı adı Məbəd adı Era adı Hakimiyyət illəri
Şi Cinqtanq

(石敬瑭)

聖文章武明德孝皇帝 Qaoçu 高祖

Ulu əcdad

Tianfu (天福)

Səmavi bolluq

936-943

936-942
Şi Çonqqui 後晉出帝

(Sürgün edilmiş imperator)

後晉少帝

(Gənc imperator)

Tianfu (天福)

Səmavi bolluq

942–944

Kaiyun (開運)

Artmış bəxt

944–947

942-947

Sonrakı Xan və Şimali Xan

Sonrakı Xan sülaləsi 947-ci ildə Liu Çiyuan adlı bir Şato sərkərdəsi tərəfindən yaradılmışdı. Atası Liu Dian (劉琠) Li Keyonun sərkərdələrindən biri idi.
Liu Çiyuan

(劉知遠)

睿文聖武昭肅孝皇帝 Qaoçu 高祖

Ulu əcdad

Tianfu (天福)

Səmavi bolluq

947

Kianyu (乾祐)

948

947-948
Liu Çenqyu

(劉承祐)

隱皇帝

(Dumanlı imperator)

Kianyu (乾祐)

948-951

948-951
Liu Çonq (劉崇)

885-951

Liu Min (劉旻)

951-954

神武皇帝

(Müdrik və güclü imperator)

Şiçu 世祖

Nəsil əcdadı

Kianyu (乾祐)

951-954

951-954
Liu Çenqçun

(劉承鈞)

孝和皇帝

(Dindar imperator)

Ruiçonq 睿宗皇帝

Uzaqgörən əcdad

Kianyu (乾祐)

951-954

Tianxuy (天會)

957–970

954-970
Liu Cien

(劉繼恩)

Şaoçu 少主

Kiçik hökmdar

970
Liu Ciyuan

(劉繼元)

英武帝

(Çiçəklənən imperator)

970-982

İstinadlar

  1. Гумилев Л. Н., Древние тюрки, М., 1967;

Mənbə

  • Chavannes, Édouard (1900), Documents sur les Tou-kiue (Turcs) occidentaux. Paris, Librairie d’Amérique et d’Orient. Reprint: Taipei. Cheng Wen Publishing Co. 1969.
  • Findley, Carter Vaughn, The Turks in World History. Oxford University Press, (2005). ISBN 0-19-516770-8; 0-19-517726-6 (pbk.)
  • Mote, F.W.: Imperial China: 900-1800, Harvard University Press, 1999
  • Zuev Yu.A., "Se-Yanto Kaganate And Kimeks (Türkic ethnogeography of the Central Asia in the middle of 7th century)", Shygys, 2004, No 1, pp. 11–21, No 2, pp. 3–26, Oriental Studies Institute, Almaty (In Russian)
  • Chinaknowledge: 5 DYNASTIES & 10 STATES
  • Şato
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.