Şaroy rayonu
Şaroy rayonu (çeç. Шаройн кӏошт[3]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ximoy kəndidir.
Şaroy rayonu | |||
---|---|---|---|
|
|||
42°39′12″ şm. e. 45°51′09″ ş. u. |
|||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 2000 | ||
Sahəsi |
|
||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Avtomobil nömrəsi | 20, 95 | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Rayon Çeçenistan Respublikanın cənub hissəsindək dağlıq bir ərazidə yerləşir. Şimalda Çeberloev ilə, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Dağıstan Respublikası və cənubda Gürcüstanla həmsərhəddir. Gürcüstanla sərhəd təbii sərhəd olaraq Tuşeti silsiləsindən keçir. Ərazisi demək olar ki, bütünlüklə yüksən sahələrdən ibarətdir. Ən yüksək zirvəsi Tebulosmtadır (4493 m). 4000 m-dən yuxarı olan zirvələri vardır: Komito (4261), Diklosmata (4285 m), Danosmta (4174 m) və s. Keçidlər 3000–3500 m yüksəklikdədir. Ümumi sahəsi 37 622 hektardır, 3 min hektarı kənd təsərrüfatı istehsalı üçün istifadə olunmuşdur.
Rayonun sahəsi 589.26 km²-dir[4]. Planlaşdırılan Çeberloev rayonunun meydana gəlməsi ilə, Şaroy rayonunun sahəsi 376.22 km² olaraq təyin edilir[5].
Tarix
Şaroy rayonu 26 may 2000-ci ildə qurulmuşdur. 2003-cü ildən 2016-cı ilin mayınadək rayon idarəsinin başçısı, keçmiş idarə rəisi Muxadin Musalovun əmisi oğlu Rəsul Musalov olmuşdur. Daha sonra Ramazan Maqomedov rayon rəhbəri təyin edilir.
Əhali
Əhalisi 4906 nəfərdir. Əhalinin sıxlığı 1 kv km-ə 7,5 nəfərdir. Şaroy rayonun əhalisi ümumi əhalinin 9,1% -ni təşkil edir.
- Urbanizasiya
Rayon ərazisində ümumi əhalinin 36,12 % şəhərlərdə yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
avarlar | 1 686 | 54,49 % |
çeçenlər | 1 395 | 45,09 % |
digərləri | 13 | 0,42 % |
ümumi | 3 094 | 100,00 % |
Kenxi və Buti kəndlərində əhalinin əksəriyyətini avarlar təşkil edir, qalanlarının hamısı çeçenlərdir.
İnzibati ərazi bölgüsü
Şaroy rayonuna eyni adlı 12 inzibati ərazi vahidliyi daxildir. Ümumilikdə 12 kənd tipli yaşayış məntəqəsi mövcuddur.
Tərk edilmiş kəndlər
1944-cü ildə rayon ərazisində kəndlər boşaldılır. Tərk edilmiş kəndləri:Acilda, Alxax, Berdukel, Aşağı Haşeldoy, Haşeldoy, Hinduh, Hinduşti, Malçiçe, Mozuxi, Dukarxoy, Barçi-Kolyeşka, Çexildoy, Qovoldoy, Halikort, Çaqaldey, Çeykara, Eltyaul, Gezika, Umarcelo, Hindoy, Basoy, Kaçexoy, Kenso, Kebosoy, Etkerçi, Sanduxoy, İkaroy, Çarxaxi və Janquldoy.
İstinadlar
- http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- Закон Чеченской Республики от 04 октября 2019 года N 41-РЗ "О преобразовании, изменении границ отдельных муниципальных образований Чеченской Республики и внесении изменений в некоторые законодательные акты Чеченской Республики" Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine — С. 849
- "Шаройский район на официальном портале Чеченской Республики". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
- "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.