Şarlotta Gensbur

Şarlotta Lüsi Gensbur (ing. Charlotte Lucy Gainsbourg; 21 iyul 1971, London, İngiltərə, Böyük Britaniya) — Böyük Britaniya - Fransa aktrisasımüğənnisi.

Şarlotta Gensbur
ing. Charlotte Gainsbourg
Şarlotta Gensbur 2010-cu ildə
Şarlotta Gensbur 2010-cu ildə
Doğum adı Şarlotta Lüsi Gensbur[1]
Digər adı Şarlotta Gensburq
Doğum tarixi
Doğum yeri London, İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Vətəndaşlığı
Atası Serj Gensbur
Anası Ceyn Birkin
Fəaliyyəti aktrisa
müğənni
Fəaliyyət illəri 1984-bu günə qədər
İstiqamət kino
musiqi
Mükafatları Ən yaxşı qadın roluna görə Kann kinofestivalının mükafatı (2009)
IMDb ID0001250
charlottegainsbourg.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olmuşdur. O, müğənni, rejissoraktyor Serj Gensbur və müğənni-aktrisa olan Ceyn Birkinin ailəsində doğulmuşdu[2]. İsveçrədəki Beau Soleil özəl məktəbində təhsil almışdır.

Yaradıcılığı

Kino

Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmilə başlayıb. Bu filmdə o, Katrin Denövün qəhrəmanının qızını ifa edirdi. Karyerasına yeni başlayan aktrisa artıq 2 ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görüldü. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə etdi. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edirdi.

2000-ci ildə Gensbur "Milad piroqu" filmindəki roluna görə artıq ən yaxşı aktrisa nominasiyasında "Sezar" mükafatına layiq görülür. Bundan sonra iki dəfə bu mükafata namizəd olmuşdur. 2001-ci ildə Şarlotta Gensbur Kann kinofestivalının münsiflər heyətinin üzvü olmuşdur. 2006-cı ildə tamaşaçılar onu "Lemminq" psixoloji dramında Benedikta rolunda izlədilər. Bundan başqa 2006-cı ilin payızında Mişel Qondrinin uzun müddət gözlənilən "Yuxu elmi" filmi dünya ekranlarına çıxır. Bu filmdə Gensbur Meksika aktyoru Qael Qarsiya Bernalla birlikdə çəkilmişdi.

Musiqi

Şarlotta Gensbur müğənni kimi də fəaliyyət göstərir. Onun vokal debütü 1983-cü ildə atası ilə birgə ifa etdiyi Lemon Incest dueti olur. Bundan sonra Gensbur öz iştirakı ilə çəkilən bir neçə filmə mahnı yazmışdır. Bu mahnıları "Əbədi Şarlotta", "Sevgi və s.", "Biri gedir, o biri qalır" filmlərində eşitmək olar. Onun hətta bir neçə solo albomu da işıq üzü görmüşdür: Charlotte for Ever (1986), 5:55 (2006), IRM (2009) və Stage Whisper (2012).

Ekranda özünə baxmağı və səsinə qulaq asmağı sevməsə də, kino və musiqi sahəsində bir çox nailiyyətləri var[3].

Şəxsi həyatı

1990-cı illərdən etibarən Şarlotta aktyorrejissor İvan Attalla vətəndaş nikahındadır[4]. Cütlüyün Ben Attal, Elis Attal və Co Attal adlı üç övladı var[5]. Onlar ailəvi Parisdə yaşayırlar.

Səhhəti ilə bağlı problemlər

Aktrisa 2007-ci ilin yayında ABŞ-da beyindaxili qanaxmaya məruz qalmışdır. Həmin ilin 5 sentyabrında o, Paris xəstəxanalarının birində uğurlu beyin əməliyyatı keçirmişdir[6].

Filmoqrafiya

  1. Sözlər və musiqi (1984) / Paroles et Musique
  2. Ədəbsiz qız (1985) / L’Effrontée
  3. Əbədi Şarlotta (1986) / Charlotte For Ever
  4. Təşəkkür, həyat (1991) / Merci la vie
  5. Sement bağ (1992) / The Cement Garden
  6. Aşiq (1992) / Amoureuse
  7. Ceyn Eyr (film, 1996) / Jane Eyre
  8. Sevgi və s. (1996) / Love etc.
  9. Milad piroqu (1999) / La Bûche
  10. Səfillər (2000) / Les misérables
  11. Feliks və Lola (2001) / Felix et lola
  12. Mənim arvadım aktrisadır (2001) / Ma femme est une actrice
  13. 21 qram (2003) / 21 Grams
  14. Lemminq (2005) / Lemming
  15. Biri gedir, o biri qalır (2005) / L’un reste, l’autre part
  16. Yuxu elmi (2006) / La Science des Rêves
  17. Subay qalaraq necə evlənməli? (2006) / Prête-moi ta main
  18. Mən orada yoxam (2007) / I’m Not There
  19. Antixrist (film, 2009) / Antichrist
  20. Ağac (2010) / The Tree
  21. Melanxoliya (2011) / Melancholia
  22. Narahat etməyin (2012) / Do Not Disturb
  23. Nimfoman (2013) / Nymphomaniac
  24. Ceki qadınlar məmləkətində (2014) / Jacky au royaume des filles
  25. Samba (2014) / Samba
  26. Hər şey yaxşı olacaq (2015) / Every Thing Will Be Fine
  27. Müstəqillik günü: Dirçəliş (2016) / Independence Day: Resurgence

Diskoqrafiya

İstinadlar

  1. "LES GENS DU CINEMA". 2011-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
  2. "Прекрасно-самобытная и разносторонняя Шарлотта Генсбур". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
  3. "Шарлотта Генсбур: «Я не знаю, что такое стыд»". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
  4. "Interview with Charlotte Gainsbourg and Yvan Attal". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
  5. "Charlotte Gainsbourg bio : biographie de Charlotte Gainsbourg — Gala". 2012-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
  6. "Charlotte Gainsbourg has emergency brain surgery". 2012-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.