Şarl Despio
Şarl Despio — fransız heykəltaraş, qrafik.
Şarl Despio | |
---|---|
fr. Charles Despiau | |
Doğum tarixi | 4 noyabr 1874[1][2][…] |
Vəfat tarixi | 28 oktyabr 1946[3][4][…] (71 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş, boyakar[d] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.).
Fəaliyyəti
O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris). Kitablara (Ş.Bodler, A. de Monterlan və b.) illüstrasiyalar da çəkmişdir.[5]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Charles Despiau (nid.).
- ölüm haqqında şəhadətnamə.
- Charles Despiau // Despiau, Charles (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. ISBN 978-1-884446-05-4 doi:10.1093/GAO/9781884446054.ARTICLE.T022426
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 497. ISBN 978-9952-441-11-6.