Şari çayı
Şari çayı — Mərkəzi Afrikada yerləşən 949 km uzunluğu olan çay.
Şari çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Çad gölü |
Uzunluğu |
|
Su sərfi | 1.159 m³/s |
Hövzəsinin sahəsi | 650.000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Başlanğıcını Mərkəzi Afrika Respublikasından götürərək Çada axar və Çadın paytaxtı Ncamena ilə Kamerunun Kousseri şəhəri arasındakı sərhəd xəttini əmələ gətirən Loqon çayı ilə birləşərək Çad gölünə tökülür.
Paytaxt Ncamena və Sarh şəhəridə daxil olmaqla Çad əhalisinin böyük hissəsi bu çayın sahillərində sıxlaşmışdır. Çay, Çad gölünü bəsləyən qaynaqların 90 %-ni təşkil edir. Çayın suvardığı ərazinin sahəsi təxminən 548747 km²-dir.
Çayın ən böyük qolu Loqon çayı olub, daha kiçik ölçülü qolları Bahr Salamat, Bahr Sahr, Bahr Aouk ve Bahr Keytadır. Bütün bu çay şəbəkəsi bölgədə böyük bir balıqçılıq sənayesinin yaranmasını təmin etmişdir. Çayda ovlanan ən dəyərli balıq Nil xanısıdır.
Xarakteristikası
- Uzunluğu — 949 km
- Hövzəsinin sahəsi — 548747 km²
- Keçdiyi ölkələr — Çad, Mərkəzi Afrika Respublikası, Kamerun
- Töküldüyü yer — Çad gölü
- Ən uzun qolu — Loqon çayı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.