Şaran rayonu

Şaran rayonu (başq. Шаран районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Şaran rayonu
Шаран районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°49′09″ şm. e. 53°59′35″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi 1 384 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 19.901 nəf. (1 yanvar 2019)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34769
Poçt indeksi 4526ХХ
Rəsmi sayt
Şaran rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Şaran kəndidir.

Coğrafi yerləşməsi

Başqırdıstanın qərbində yerləşir. Ərazisinin dörddə bir hissəsini meşələr təşkil edir. Ərazisindən İk və Syuk çayı keçir. Burada neft yataqları və kərpiç mammalının ehtiyatları vardır. Rayonun ərazisi 1 384 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 43 km məsafədə uzanır.

Tarix

1935-ci ildə Başqırdıstan ərazisində təşkil edilən 14 rayondan biridə Şaran rayonu olmuşdur. Əvvəllər onun ərazisi Tuymazı, Bakalimnski, Çekmaquşey rayonları ərzisinə daxil idi.

İlk təşkil olunma zamanı 26 kənd inzibati vahidliyinə 136 yaşayış məntəqəsi daxil idi. Burada cəmi 52 min insan yaşayırdı. Rayonun 8349 sakini alman faşıstlərinə qarşı müharibədə iştirak etmişdir. Müharibə illərində rayondan 4317 şaranlı həlak olmuşdur.

Böyük Vətən müharibəsi dönəmində cəbhəyə 3 milyon pud çörək, 18 min sentner ət, 5 milyon 813 min süd, 21 milyon rubl pul göndərilmişdir. Bu dövrdə rayonun 6580 sakini müxtəlif medallarla mükafatlandırılmışdır.

Əhali

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Şaran rayonu ərazisin milli tərkibi:tatarlar — 33 %, başqırdlar — 24,9 %, , marilər — 19,7 %, ruslar — 11,6 %, çuvaşlar — 9,7 %, digər millər — 4,3 %[2]. Milli tərkib:

İl başqırdlar tatarlar marilər
1970 13,5 % 38,9 %
1989 6,4 % 51,0 %
2002 31,1 % 27,3 % 20,2 %
2010 24,9 % 33 % 19,7 %

İnzibati-ətazi vahidləri

Şaran rayonunda 13 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir[3][4].

İqtisadiyyat

Kənd təsərrüfatının istiqaməti: yemlik-heyvandarlıq istiqamətli, şəkər çuğunduru, arıçılıq.

Nəqliyyat

Rayon ərazisindən bir çox qaz kəmərləri keçir. Misal: ÇelyabinskPetrovsk, UrenqoyPetrovskUrenqoyNovopskov. Kompressor stansiyasından il ərzində 85 mlrd m³ qaz nəql edilir. Rayondan Bakalı — TuymazıÇekmaquşTuymazı avtomagistalları keçir.

Tanınmış şəxsləri

  • Mixail Anisimoviç Yeqorov - Sovet İttifaqı Qəhrəmanı.
  • Rima Akberdinova Batalova - idman ustası.
  • Zakir Xadi - Tatar yazıçısı.
  • Yusuf Qarey - Başqırd yazıçısı.
  • İbrahim Abdullin - Dramaturq.
  • Fen Bəliəhmədov - müğənni.

Sosial sfera

Rayon ərazisində 49 ümumtəhsil mərkəzi, 17 orta məktəb, 26 kütləvi kitabxana, 51 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada tatar və başqırd dillərində «Şaranskie pastorı» adlı qəzet buraxılır.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.