Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah.
Şapur Ənsari | |
---|---|
Şapur Ənsari | |
Doğum tarixi | |
Doğum yeri | Marağa, İran |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Cərrah |
Fəaliyyəti | cərrah |
Həyatı
Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir.[1]
Fəaliyyəti
Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir. Şapur Ənsari tədbirin iştirakçılarına İranın azərbaycanlı əhalisinin həyatı və oradakı vəziyyət barədə uşaqlıq xatirələri, eləcə də mütəmadi səfərləri zamanı gördükləri əsasında məlumat vermişdir. Tədbirdə İran İslam Respublikasına ölkə Konstitusiyasına uyğun olaraq bütün milli azlıqların dil hüquqlarının tanınmasına hörmətlə yanaşılması çağırışları səslənmişdir. Şapur Ənsari İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı bir sıra fəaliyyətlərdə iştirak etmişdir.[2]