Şantar adaları
Şantar adaları — Oxot dənizinın suları ilə əhatələnən arxipelaq, ətrafında Ud körfəzi, Turuq körfəzi və Akademii körfəzləri vardır. Materikdən Şantar dənizi və Lindholm boğazı ilə atrılır. İnzibati cəhətdən Rusiyanın Xabarovsk diyarı Tuquro-Çumikan rayonu ərazisinə daxildir.
Şantar adaları | |
---|---|
rus. Шантарские острова | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 2500 km² |
Hündür nöqtəsi | 720 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
55°00′ şm. e. 137°30′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalar ilk dəfə polkovnik Yakov Aqeeviç Elçinin rəhbərlik etdiyi 1718—1719 illər ekspedisiyası zamanı kəşf edilmişdir.
Arxipelaqa 15 ada daxildir: Böyük Şantar, Feklistov adası, Kiçik Şantar, Beliçi adası, Medveji adası, Ptiçi adası, Saxarnaya Qalava, Kusov adası, Feklistov adası, Siviçi Daşları, Suxotina adası, Severnıy Srednıy Yujnıy adaları və Diomid Daşları. Adaların ümumi sahəsi 2,5 min. km² təşkil edir
Adaların relyefi dağlıqdır. Maksimal hündürlüyü 720 metrdir, digər məlumatlarda bu hündürlük 701 m[1]-dir. Ən hündür zirvə Veselaya dağı Böyük Şantar adasında yerləşir.
Coğrafiyası
Bitki örtüyü
İri adalarında iynəyarpaqlı və elni yarpaqlı meşələrə rast gəlinir. Burada Sibir küknarı, Lárix gmélinii, Alçaqboylu sidr şamı, Tozağacı[2].
Heyvanlar aləmi
XIX əsrdə araşdırmaçılar nadir hallarda adaları ziyarət edirdilər. Səbəb isə onların əsas dəniz yollarından uzaqda yerləşməsi olmuşdur. Adalarda yayılmış quşlar haqqında ilk məlumat Aleksadr Fyodroviç Middendforda aiddir. O, bu qeydləri 1851-ci ildə etmişfir. XX əsrdə zooloq G. D. Dulkeit adalarda iki il yaşafıqdan sonra burada ümumən 214 növ canlının yaşamasını müəyyən edir. Nətivədə elmə məlum olmayan bir çox quş növləri oriantoloq Leonid Mixalyoviç Şulpin ilə birlikdə qeydə alınır. Sovet ornitoloqu Vsevolod Dmitrieviç Yaxontov burada olan quş növlərinin sayını 205 çatdırır. 1978, 1982, 1986, 1991 və 1992 illərdə adalarda olan Q. Е. Roslyakov həmkarlarının işini başa çatdırmışdır[4].
İri adalarında çoxlu sayda iri məməlilər yaşayır: Qonur ayı, canavar, Adi tülkü, Yenotabənzər it, safsar, susamuru, Martes zibellina[2].
Arxipelaqda ümumilikdə 11 növ dəniz quşu müşahidə edilmişdir. Ən geniş yayılanı Eynəkli təmizçidir. Quşların sayı ilbəil dəyişir. Alimlər 1971, 1978 və 1982 illərdə arxipelaqda yuva quran çütlüklərin sayının 18000÷20000 olmasını müəyyən etmişlər. Ən iri kooniyalarda 7000 və 3000 çüt Utiçnıy və Ptiçnı adalarında müşahidə edilmişdir. 1991—1992 illərdə təkcə Utiçnıda 17500 çüt[2] quş yuva qurmuşdur.
1999-cu ildə Şantar adaları ətraf su hövzədi ilə birlikdə Şantar Adaları Dövlət Təbiət yasaqlığı elan edilmişdir[5]. 2013-cü ildən isə Rusiya Federasiyasının qırarı ilə Şantar Adaları Milli Parkı[6] elan edilmişdir. Parkın ərazisi 515 500 ha, üstəlik ətraf suları 274 284,08 ha olaraq tstiqlənmişdir. Milli par dörd hissədən ibarətdir.
İlin 8 ayı ətrafı buzla örtülü olur. Bu səbəbdən mövsümüdə olsa materiklə birləşir.
İqlimi
Adaların iqlimi şimal mussonudur. İqliminə subarktika böyük təsir göstərir. Qış ayları Sibirdən soyuq hava kütlələri bölgəyə gələrək ona böyük təsir göstərir. Yayda isə dənizlərin mülayim iqliminə təruz qalır.
İstinadlar
- "Şantar adaları". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- A.Ya. Kondratyev, N.M.Litvinenko, Y.V.Shibaev, P.S.Vyatkin, and L.F.Kondratyeva «The breeding seabirds of the Russian Far East» Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine (ing.)
- Bladislav Raevski Arxivləşdirilib 2014-06-02 at the Wayback Machine. retrieved on 01-06-2014
- A.Ya. Kondratyev, Y.V.Shibaev, and V.P.Shuntov «Seabird studies in the Russian Far East» Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine (ing.)
- "ПОСТАНОВЛЕНИЕ Главы администрации Хабаровского края от 23.06.1999 N 249 «ОБ ОРГАНИЗАЦИИ ГОСУДАРСТВЕННОГО ПРИРОДНОГО ЗАКАЗНИКА ФЕДЕРАЛЬНОГО ЗНАЧЕНИЯ „ШАНТАРСКИЕ ОСТРОВА" НА ТЕРРИТОРИИ ТУГУРО-ЧУМИКАНСКОГО РАЙОНА ХАБАРОВСКОГО КРАЯ»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- "Постановление Правительства РФ от 30 декабря 2013 года № 1304". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.