Şan dövləti
Şan dövləti — indiki Myanma ərazisində tarixi dövlət. Myanmada yaşayan xalqlardan olan şanların ilk dövləti (mərkəzi Muanmau). VII əsrdə yaranmış, XIV–XV əsrlərə yaxın ərazisi xeyli genişlənmişdi. XV əsrdən sonra tənəzzül etmiş və 30 feodal knyazlıqa parçalanmışdı. Myanma 1948-ci ildə istiqlaliyyət qazandıqdan sonra Myanma İttifaqının tərkibindədir. 1974-cü il konstitusiyasına əsasən Şan milli vilayəti yaradılmışdır.[1]
İstinadlar
- Шан дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 464.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.