Şamil Nəcəfzadə

Şamil Kamil oğlu Nəcəfzadə (13 noyabr 1960, Bakı) — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006).[1]

Şamil Nəcəfzadə
Şamil Kamil oğlu Nəcəfzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Kamil Nəcəfzadə
Fəaliyyəti kinorejissor, prodüser, ssenarist
Fəaliyyət illəri 1984-cü ildən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2006 "Humay" mükafatı
IMDb ID7042328

Həyatı

1960-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1984-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii filmlərdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejisor kimi calışıb. Əsərləri respublika və beynəlxalq sərgilərində nümayiş etdirilib.

31 iyul 2006-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Rəssam Kamil Nəcəfzadənin oğlu, rejissor Günel Nəcəfzadənin atasıdır.

Filmoqrafiya

  1. 36 kadr (film, 1996)
  2. 102 an (film, 2000) (sənədli film) (ANS tv)
  3. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-rol: "əcnəbi"
  4. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
  5. Ağ kətandakı adam (film, 2000)
  6. Ağ-qara dünya (film, 1991)
  7. Ağa, cəddinə qurban (film, 1993)
  8. Ailə (film) (tammetrajlı bədii film)-quruluşçu rəssam; rol: alıcı
  9. Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
  10. Bəşəriyyətin beşiyi (film, 2011)
  11. Cin mikrorayonda (film, 1985)
  12. Dad yaddaşı (film, 1996)
  13. Gün keçdi (rejissor, ssenari müəllifi)
  14. İmtahan (film, 1987)
  15. İnam körpüsü (relissor, ssenari möəllifi) — National Peace Foundation (ABŞ)
  16. İthaf (film, 1990)
  17. Kral ölür (film, 1994)
  18. Qala (film, 2008)
  19. Qısa monoloqlar (film, 2003)
  20. Leyli və Məcnun (film, 1996)
  21. Pirə qayıdan yol (film, 1994)
  22. Səma şairi (film, 2003)
  23. Sirli bənövşə
  24. Sonra-Sabah (rejissor, rəssam)
  25. Təxribat (film, 1989)
  26. Üfüqü ötənlər (film, 2011)
  27. Yarasa (film, 1995)
  28. Yeni il əhvalatı (film, 1986)
  29. Vətənin yüksək səması altında (film, 1987) (qısametrajlı sənədli film) (TV)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.