Şamil Musayev

Şamil Hacıağa oğlu Musayev (1943) — Azərbaycan dövlət xadimi, Azərbaycanın rabitə naziri (1990–1992).

Şamil Musayev
5 fevral 1991 15 iyun 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıAbdul Qəhrəmanzadə
12 aprel 1990 5 fevral 1991
ƏvvəlkiBahadur Axundov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1943
Partiya

Həyatı

Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olmuşdur.[1] İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.[2]

Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlamışdır. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləmişdir.[2]

Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olmuşdur. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilmişdir.[2] O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışmışdır.

İstinadlar

  1. The Ministers of the Republic of Azerbaijan // Who Was Who in the Soviet Union (ingilis). München; London; New York; Paris: K. G. Saur. 1992. səh. 115. ISBN 3-598-10810-9.
  2. Шамил Һаҹыаға оғлу Мусајев: [Азәрбајҹан ССР рабитә назири] // Коммунист. 13 апрел 1990-ҹы ил. С. 1.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.