Şamil Mahmudbəyov (dövlət xadimi)
Şamil Mahmudbəyov — tanınmış nəslin nümayəndəsi, 1898-ci ildə pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu
Şamil Mahmudbəyov | |
---|---|
Şamil Həbibbəy oğlu Mahmudbəyov | |
Şuşa Qəza İcraiyyə Komitəsinin sədri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | repressiya |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Həbib bəy Mahmudbəyov |
Həyat yoldaşı | Məhbubə xanım Mahmudbəyova |
Haqqında
1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olmuşdur. O, Kiyevdə olarkən ictimai işlərdə fəal iştirak etmişdir.[1]
Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N.Nərimanovun şəxsi katibi olmuş, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icrayə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N.Nərimanova yazdığı gizli məktublar saxlanılır.
1924–1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır.
1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır fəal ictimai fəaliyyətlə məşğul olurdu.
30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir. 1936-cı ilin martında Marksizm-Leninizm institutunun IV kursunda təhsil alarkən bir sıra professor və tələbələrlə birgə (təcrid) həbs edilmişdir. Sovet İttifaqı Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarı ilə 30 aprel 1957-ci ildə ölümündən sonra bəraət qazanmışdır.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 25–27.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
İstinadlar
- Ədalət Tahirzadə. "Ukraynada bir ay". anl.az. 28 sentyabr 2012. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.