Şamil Dəmirçiyev

Şamil Mahmud oğlu Dəmirçiyev (9 may 1940, Aşağı Qoşakilsə, Lüksemburq rayonu11 iyun 2002, Bakı) — teatr aktyoru, Ermənistan SSR əməkdar artisti (1978).[1]

Şamil Dəmirçiyev
Doğum tarixi 9 may 1940(1940-05-09)
Doğum yeri
Vəfat tarixi 11 iyun 2002(2002-06-11) (62 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor
Mükafatları Ermənistan SSR əməkdar artisti

Həyatı

Borçalı mahalın Aşağı Qoşakilsə kəndində anadan olub. 1962-ci ildə Bakı kıtabxanaçılıq Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967–1988-ci illər ərzində Şamil Mahmud oğlu Dəmirçiyev onun səhnəsində Əbdüləli bəy, İmamyar, Aydın ("Aydın", "Sevil" və "Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar içində", Nəriman Həsənzadə), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?, dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) obrazlarını ifa edib.

1988-ci ildə İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub bir çox rollar oynamışdır. Arada "Bəşir" miniatür teatrında işləyib.

1978-ci ildə Ermənistan SSRİ-nın əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 2002-ci ildə iyulda "Məsmə xala dayımdır" tamaşasının meqındə öz rolun oynayıb qrim otağına gedib və ordaca urəktutmasından vəfat edib.

Filmoqrafiya

  1. Bağdada putyovka var... (film, 2000)

İstinadlar

  1. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.