Şamil İbrahimov

Şamil Zülfüqar oğlu İbrahimovAzərbaycanın teatr və kino aktyoru, rejissor.

Şamil İbrahimov
Şamil Zülfüqar oğlu İbrahimov
Doğum adı Şamil Zülfüqar oğlu İbrahimov
Doğum tarixi
Doğum yeri Şahbuz, Naxçıvan, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor-aktyor
Fəaliyyət illəri 2012 - bugünədək
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət teatrkino

Həyatı

Şamil Zülfüqar oğlu İbrahimov 8 yanvar 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Şahbuz rayon orta məktəbində təhsil almışdır. 2012-2016-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində dram teatr və kino aktyoru ixtisası üzrə xalq artisti Məmmədsəfa Qasımovun kursunda bakalavr pilləsində, 2017 - 2019-cu illərdə dram teatr və kino aktyoru ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış "Az-ART" studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərmişdir.

2017-ci ildə yaranmış müstəqil Human Teatrının təsisçisi və direktorudur.

Şamil İbrahimov rejissor kimi "Yuxum" (Uilyam Şekspir),"Kölgə" interaktiv (Şamil İbrahimov) "Özümüzü kəsən qılınc" (Bəxtiyar Vahabzadə) tamaşalarına quruluş vermişdir.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Əmir Teymur[1] Masqara[2] 20 may 2014 Mehriban Ələkbərzadə Hüseyn Cavid
Banan qabığı 2014 "Az-ART" studiyası "Az-ART" studiyası
Tıq-tıqın qonaqları 2014 "Az-ART" studiyası Mehman Musabəyli
Nadir şah[3][4] Nəsrullah xan 2015 Gümrah Ömər Yunus Oğuz
Herostratı Unudun İnqlabçı 13 noyabr 2016 Mehriban Ələkbərzadə Hüseyn Cavid

"Human" Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Üçüncü[5] Baba 2017 Pərviz Məmmədrzayev Slavomir Mrojek
Anqleter 1925[6] Yesenin 2017 Pərviz Məmmədrzayev Sergey Yesenin

Filmoqrafiya

  1. Qarabağnamə (film, 2013)
  2. Çərçivə (film, 2014)
  3. Günəşi oyadanlar (film, 2015)
  4. Kabusun sandığı (qısametrajlı film,2018)
  5. Günlər (qısametrajl film 2018)
  6. Könül yarası (serial 2019 )
  7. Solğun Çiçəklər (film 2019)
  8. Qisas (qısametrajlı film 2019 )
  9. Son gecə (bədii televiziya filmi 2019)
  10. "Storyboard" (qısametrajlı film 2021)
  11. “ Səbirli adam " Mirzə Ələkbər Sabir (bədii-sənədli film 2022)

İstinadlar

  1. Etibar Cəbrayıloğlu. ""Topal Teymur"un "Əmir Teymur" kimi qayıdışı" (az.). Anl.az. 09.11.2013. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  2. Könül Əliyeva. ""Əmir Teymur" tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirir" (az.). Kaspi. 24.05.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  3. Ədalət. "Nadir şah ola bilməmək bacarığımız" (az.). Anl.az. 20.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  4. Olaylar. ""Nadir şah" Azərbaycan teatrı üçün yeni hadisədir" (az.). Olaylar.az. 25.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  5. Qaynarinfo. "Azərbaycanda daha bir müstəqil teatr yarandı" (az.). Qaynarinfo.az. 21.03.2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  6. http://kulis.lent.az/m/news/18364%5B%5D

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.