Şami
Şami — Lənkəran mətbəxinə aid yemək.
Şami | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Hindistan mətbəxi | |
Mənşəyi |
Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var).
Lazım olan ərzaqlar
18–20 ədəd şami üçün
- 1 kg sümüksüz, yağsız qoyun əti
- 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar
- 2 ədəd yumurta
- zövqə görə duz
- zövqə görə istiot
- təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün
Hazırlanma qaydası
Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.
Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18–20 ədəd şami alınmalıdır.
Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).
Mənbə
- Günün təamı: şami Arxivləşdirilib 2011-02-28 at the Wayback Machine