Şamaxı fiziki-coğrafi rayonu
Bu andıra qalmışın iqliminidə yazında
Mövqeyi
Bu fiziki-coğrafi rayon ərazisininin ən uca hissəsi Baş Qafqaz silsiləsindəki Gülümdostu və Dübrar zirvələri (2200 metrdən yüksək), ən alçaq zirvəsi isə cənub-şərqdə Gicəki (1047 m) dağıdır. Baş Qafqaz silsiləsinin suayrıcı xətti Babadağdan (3600 m) şərqə kəskin alçalaraq az bir məsafədə (40 km), yəni Dübrar dağına qədər 1400 metr alçalır. Buna başlıca səbəb Qərbi Xəzər eninə tektonik sınma xəttinin keçməsi nəticəsində öndağ ərazisinin tektonik cəhətcə daha aşağı düşməsidir.
Geoloji qurluşu
Şamaxı rayonu ərazisinin şimal hissəsində təbaşır sisteminin əhəngdaşları geniş sahə tutur. Burada mezozoy qrupu çöküntülərindən başqa kaynozoy qrupunun (paleogen sisteminin) gilləri, qumdaşları yayılmışdır. Cənuba doğru qədim paleogen çöküntüləri bir qədər cavan neogen sistemi çöküntüləri ilə (gillər, qum daşları, əhəng daşları) əvəz olunur. Ərazidə, xüsusilə dağarası çökəkliklərdə Dördüncü dövrün gilləri, qumları, çaydaşları da geniş yayılıb. Göründüyü kimi, Şamaxı təbii rayonunun ərazisində şimaldan cənuba doğru süxurlar cavanlaşır, yəni qədim Təbaşir, ondan cavan Paleogen, sonucu isə Neogen və Dördüncü dövr süxurları ilə əvəz olunur. Deməli, eyni ardıcıllıqla, başqa sözlə Baş Qafqaz silsiləsindən cənuba doğru qədim dənizlər reqressiyaya uğramış və həmin ərazilər quruya çevrilmişdir.
İLk dəfə Təbaşir dövründən sonra quruya çevrilən Baş Qafqaz silsiləsi və ona yaxın olan quru ərazilər tədricən cənuba doğru öz sahələrini genişləndirmişdir. Əgər Gülümdostu-Dübrar hissəsi 8-10 milyon il bundan əvvəl dəniz altından azad olubsa, ondan cənubda