Şamats
Şamats (bosn. Bosanski Šamac, serb. Шамац / Šamac, xorv. Bosanski Šamac) — Bosniya və Herseqovinanın şimal-şərq hissəsində yerləşən şəhər. Eyniadlı icmanın inzibati mərkəzi. Serb Respublikasının Doboy regionuna daxildir. Şəhər Sava çayı üzərində, Bosna çayının töküldüyü yerdə, Xorvatiya ilə sərhəddə yerləşir.
Şamats | |
---|---|
45°04′ şm. e. 18°28′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 82 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5390[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +387 54 |
Poçt indeksi | 76230 |
Digər | |
opstinasamac.org | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
Bosniya müharibəsindən əvvəl şəhərin adı Bosanski-Şamats idi. Sonradan Serb Respublikasının hökuməti Şamats adını təsdiqlədi.[1][2]
Əhalisi
2013-cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 5 390 nəfər, icmanın isə 19 041 nəfər idi.[1]
1991-ci il siyahıyaalınmasına görə şəhər əhalisinin etnik tərkibi:
- boşnaklar — 2.178 (34,90 %);
- serblər — 1.755 (28,12 %);
- yuqoslavlar — 1.195 (19,15 %);
- xorvatlar — 827 (13,25 %);
- digərləri — 284 (4,55 %).
- Cəmi: 6.239 nəfər
İstinadlar
- "Popis stanovništva, domaćinstava istanova u Bosni iHercegovini 2013 – PRELIMINARNI REZULTATI" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-18.
- Попис становништва, домаћинстава и станова у Босни и Херцеговини 2013 на територији Републике Српске — Прелиминарни резултати, Републички завод за статистику, Бања Лука, 2013. Arxivləşdirilib 2014-01-24 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.