Şalim adası
Şalim adası — Barens dənizinin Ura körfəzində yerləşən ada. İnzibati cəhətdən Murmansk vilayətinin Vidyaevo inzibati dairəsinə daxildir.
Şalim adası | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 208 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
69°24′19″ şm. e. 33°05′13″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Yerləşməsi
Kola yarımadasının şimalında, Ura körfəzində yerləşən ada, onun qərb sahilindən 1,3 km, şərqindən isə 200 m aralıda yerləşir.
Təsviri
Köprfəzimn ən iri adasıdır. Ada 9,9 km uzunluğa, 2,6 km enə malikdir, Şimal hissədə bərzəx yerləşir ki, burada eni 500 metrdir. Adanın ucqar şimal nöqtəsi Tolstik burnu adlanır. maksimal hündürlük 208 metrdir. Ərazisi dekəm olar ki, qayalıqdır. Ancaq cənub-qərb və şimal-qərb sahilləri xaric sahilləri hamardır. Bitki örtüyünə ancaq bərzəx hissədə rastlamaq mümkündür. Bütün ada boyunca uzunluğu 1,2 km çatan göllər vardır.
Yaxınlığında yerləşən kiçik adalar
- Eretik adası — yaxımnlığında yerləşən ən böyük adadır. Şalimdən 30 metr şimal-qərbdə yerləşir. 2,6 uzunluğa və 1,1 km enə malikdir. Ərazisi 120 m hündürlüyə çatan qayalı təpələrlə örtülüdür.
Bundan əlavə ətrafda uzunluğu 200 metrə çatan bir neçə ada vardır.
Tarixi
Təxmini olaraq adada 160 il müddətində yaşayış olmuşdur. 1830-cu ildə saamların yaşayış yerində Eretiki adlı məntəqə fəaliyyətə başlayır. 1885-ci ildən isə Port Vladimir adlandırılır. Məntəqə 1994-cü ilə qədər mövcudluğunu qoruyur[1][2]. hazırda da adada qəsəbənin yarım uçulmuş binaları qalır. Son zamanlar qəbirləri ziyarət etmək məqsədi ilə adanın tez-tez ziyarətçiləri olur[2]
2007-ci ildə ada ərazisinin balıq təsərrüfatı üçün icarəyə götürülməsi xəbərlərio yayılmışdır. Böyük ehtimalla gələcəkdə adada yaşayış bərpa ediləcəkdir[3]
İstinadlar
- "Мёртвые поселки Мурманской области". 2010-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
- "Порт-Владимир: незабытая родина". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
- "Adanı kirayəyə götürmək istəyirəm". 2018-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.