Şakir Kərimov
Şakir Kərim oğlu Kərimov — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Respublikasının Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri (1991–1992), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1979–1986), Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1971–1979).
Şakir Kərimov | |
---|---|
Azərbaycan Respublikasının Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri | |
23 may 1991 – 21 dekabr 1992 | |
Əvvəlki | Feyruz Mustafayev |
Sonrakı | İrşad Əliyev |
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri | |
3 aprel 1979 – 13 may 1986 | |
Əvvəlki | Mürsəl Babayev |
Sonrakı | Yuri Şedrin |
1971 – 1979 | |
Sonrakı | Tofiq Axundov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1936 |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Şakir Kərim oğlu Kərimov 1936-cu ildə qulluqçu ailəsində anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1958-ci ildə "Əzizbəyovneft" Mədənlər İdarəsində neftçıxarma operatoru işləmişdir. 1959-cu ildək komsomol işində — Bakı Şəhər Komsomol Komitəsinin təlimatçısı, Əzizbəyov Rayon Komsomol Komitəsinin birinci katibi, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin tələbə gənclər şöbəsinin müdiri, Bakı Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1965–1969-cu illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət etmişdir. 1969–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin baş referenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat-partiya işi şöbəsinin inspektoru olmuşdur.[2] 1971-ci ildən Lenin Rayon Partiya Komitəsinin birinci katibi, 1979-cu ildən isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.[3]
Şakir Kərimov Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (8–11-ci çağırış) seçilmişdir.[4]
İstinadlar
- Кәримов Шакир Кәрим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 193.
- Кәримов Шакир Кәрим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 188.
- Кәримов Шакир Кәрим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 221.
- Кәримов Шакир Кәрим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 217.