Şakir Abbasov

Şakir Gülşad oğlu Abbasov — rəsmi dövlət qeydiyyatında olmayan Milli Qeyrət Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Şakir Abbasov
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 iyul 1992 23 dekabr 1992
ƏvvəlkiAslan Mehdiyev
SonrakıNofəl Qasımov
Şəxsi məlumatlar
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Həbsi

Şakir Abbasov 20 oktyabr 2012-ci ildə həbs edilmiş, 27 oktyabr 2012-ci ildə sərbəst buraxılmışdır.[1]

Siyasi fəaliyyəti

Şakir Abbasov 20 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 62 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2] O, 23 dekabe 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]

Partiya fəaliyyəti

Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur. O, daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və partiya sədrinin müşaviri olmuşdur. Şakir Abbasov 19 oktyabr 2014-cü il tarixində partiyadan istefa vermişdir.[4]

Şakir Abbasov 27 noyabr 2014-cü il tarixində Müsavat Partiyasına üzv olmuşdur.[5] O, Müsavat Partiyası Məclisinin üzvü, 4 iyul 2015-ci ildə isə Məclisin Qarabağ Komissiyasının sədri seçilmişdir.[6]

Şakir Abbasov 2021-ci ildə sabiq prezidentliyə namizəd Əşrəf Mehdiyevin sədrlik etdiyi, 2010-cu ildə fəaliyyətini dayandırmış və rəsmi dövlət qeydiyyatı olmamış Qeyrət Partiyasını Milli Qeyrət Partiyası adı ilə bərpa etdiyini elan etmişdir. O, pandemiya ilə əlaqədər biri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahı olmaqla 3 fərqli yerdə qurultay keçirdiklərini açıqlamışdır. Milli Qeyrət Partiyası dövlət qeydiyyatına alınmamışdır.[7]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.