Şaitdin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü.
Şaitdin Əliyev | |
---|---|
Vəzifədədir | |
8 iyun 2010-cu ildən | |
10 iyun 2010 – 2016 | |
Əvvəlki | Svetlana Qasımova |
26 noyabr 1995 – 30 noyabr 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1947 (76 yaş) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Şaitdin Əliyev ailəlidir, beş övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.[1][2]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[3][4]
Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.[5][6]
Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7][8]
İstinadlar
- "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- "II çağırış Azərbaycan Milli Məclisinin Regional məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
- "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" ( (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- "Şaitdin Sərdar oğlu Əliyevin Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi haqqında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun 8 iyun 2010-cu il tarixli 1028-IIIQR nömrəli Qərarı" ( (az.)). 08.06.2010. 2020-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- "Şaitdin Sərdar oğlu Əliyevin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinin müavini seçilməsi barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 10 iyun 2010-cu il tarixli 14/45 nömrəli Qərarı" ( (az.)). 10.08.2010. 2020-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- "Şaitdin Sərdar oğlu Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2007-ci il tarixli 2442 nömrəli Sərəncamı" ( (az.)). 18.09.2007. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- "Şaitdin Sərdar oğlu Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2017-ci il tarixli 3308 nömrəli Sərəncamı" ( (az.)). 18.09.2018. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.