Şahzadə adaları
Adalar arxipelaqı (Qızıl adalar; türk. Kızıl Adalar, Prens Adaları — "Şahzadə adaları" və ya sadəcə Adalar; yun. Πριγκηπόννησα, Pringeponnesa; q.yun. Πριγκήπων νήσοι, Pringēpōn nēsoi) — adalar qrupuna doqquz ada daxildir. Adalar Mərmərə dənizində İstanbul şəhər sahilindən bir qədər araləda qərarlaşır. İnzibati cəhətdən isə Türkiyənin İstanbul ilinin Adalar bələdiyyəsi ərazisinə daxildir.
Şahzadə adaları | |
---|---|
Adalar Prens Adaları İstanbul Adaları Kızıl Adalar | |
40°52′49″ şm. e. 29°05′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 216 |
Poçt indeksi | 349 |
Digər | |
adalar.gov.tr | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Adalar arxipekaqına daxil olan adalar:
Böyükada (türk. Büyükada) — adından göründüyü kimi arxipelaqın ən iri adasıdır. Yunsnlar adanı Prinkilos (yun. Πρίγκηπος, Prínkēpos — "şahzadə") adlandırırlar. Adanın sahəsi 5,36 km² təşkil edir.
Heybəliada (türk. Heybeliada) — çağdaş dilimizdə "torbalı ada", yunanlar isə Xalki (yun. Χάλκη, Chalki) adlandırırlar. Adanın sahəsi 2,4 km² təşkil edir.
Burqazada (türk. Burgazada) — yunanlar adanı (yun. Αντιγόνη, Antigoni adlandırır. Adanın sahəsi 1,5 km² təşkil edir.
Xınalıada (türk. Kınalıada) — yunanlar adanı Protki (yun. Πρώτη, Proti adlandırır. Tərcümədə isə "birinci" mənasını verir. Səbəb isə Stanbula ən yaxın olanı olmasıdır. Adanın sahəsi 1,3 km²-dir.
Sədəf adası (türk. Sedefadası — yunanlar adanı Terevintos adlandırırlar (yun. Τερέβινθος, Terebinthos). Adanın sahəsi 0,157 km²-dir.
Yassıada (türk. Yassıada) — yunanlar adanı Plati (yun. Πλάτη, Plati) adlandırır. Adanın sahəsi 0,05 km²-dir
Sivriada (türk. Sivriada — yunanlar adanı Okesiya (yun. Οξειά, Oxeia) adlandırır. Adanın sahəsi 0,05 km²-dir
Qaşıq adası (türk. Kaşıkadası — yunanca da ada öz dillərində bu sözün qarşılığı (yun. Πίτα, Pita) işlənir. Adanın sahəsi 0,006 km²-dir.
Dovşan adası (türk. Tavşanadası) — yunanlar adanı Neandros (yun. Νέανδρος, Neandros) adlandırır. Adanın sahəsi 0,004 km² təşkil edir.
Tarixi
Bizans imperiyası dönəmində adalarda şahzadələr və imperiratorun yaxınları adada saxlanılırdı. 1302-ci ildə türklərin Yalova şəhərini tutması ilə yunanların adaya axını artmışdır. Afaların özü isə Osmanlı imperiyası tərərindən 1453-cü ildə ələ keçirilir.[1] Sonrakı donəmlərdə isə osmanlı şahzadələri və sultanın qohumları adalarda yerləşdirilirfi. Şahzadə adaları adıda buradan yaranmışdır. XIX əsrdə ada varlı yunan, erməni və yahudilərin əsas istirahət yerinə çevrilir. Türk kspitalının adalara axını ilə bura çoxlu sayda türk gəlmişdir. Adada hazırda yunan və yahudilər belə yaşayır.
Əhalisi
1912-ci ildə adalarda 10 250 yunan və 670 türk[2] yaşayırdı. Türklər əsasən Heybəliadada yaşayırdılar.[3] Xınalıadada ermənilər, Böyükadada yahudilər və livanlılar yaşayırdı. 2011-ci il məlumatına görə adalarda 13 883 nəfər[4] yaşayır.
Turizm
Yay aylarında adalar İstanbuldan bura bir günlük səfərlər təşkil edilor. Adalara bərələrlə də getmək mümkündür. Bərələr əsasən arxipelaqın dörd iri adasına yan adırlar:Xınalıada, Böyükada, Heybəliada və Buqazada. Bərə daşımalarını Istanbul Seabuses (İDO) şirkəti həyata keçirir. Bu işlərə İstanbul bələdiyəsi baxır
Tanınmış şəxsləri
Adada məşhur türk yazıçısı Səid Faiq Abasıyanik və türk futbolunun əfsanəsi Lefter Kyuçkandonyadis yaşamışdır.
Mənbə
- Rayon rəhbərliyinin rəsmi saytı
- Ərazi vahifliyinin rəsmi saytı
- Stanbuldakı adaların şəkilləri (xəritə)
- Istanbul’s isle of diversity from the Christian Science Monitor, By Yigal Schleifer, July 28, 2005
- Interactive Maps: MultiMap.com, FallingRain.com
- Istanbul islands Turkish Daily News Arxivləşdirilib 2007-06-01 at the Wayback Machine
İstinadlar
- "Shahnish.com — Prince's Islands". 2015-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- George Sotiriadis, An Ethnological Map Illustting Hellenism in the Balkan Peninsula and Asia Minor, 1918
- "A tranquil destination away from hectic Istanbul: The Princes' Islands — Daily Sabah". 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- "TÜRKİYE İSTATİSTİK KURUMU". 2013-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2012.