Şahzadə Vilhelm boğazı
Şahzadə Vilhelm boğazı- Alyaska körfəzi, Alyaska ştatının cənubunda yerləşir. Kenay yarımadasının şərqində mövqe tutur. Ərazidə ən iri liman Kadız limanıdır. Boğazın cənubundan neft kəməri keçir. Boğazda Montayyo və Hincinbruk adaları, Kordova və Vittier adaları şəhərləri vardır. Boğaz ərazisinin böyük hissəsi Cugas qoruğu ərazisinə daxildir. Ərazidə çoxlu adalar, Fiordlar və Buzlaqlar vardır. Boğazı keçən ilk avropalı Ceyms Kuk olmuşdur. 1778-ci ildə boğazı Sendviç (özünün patronu Con Sendviçin şərəfinə) adlandırır. Sonradan tərtib edilən xəritələrdə adı dəyişdirilərək Vilhelm VI[1] şərəfinə adlandırılır. 1964-cü ildə ərazidə Böyük Alyaska zəlzələsi baş verirki, bu da böyük itkilərə səbəb olur. 1989-cu ildə Supertanker qəzası (Ekson Valdez) nəticəsində 250,000 dəniz quşu, 3000 dəniz samuru, 300 adı suiti, 250 Ağbaş qartal və 22 Osa tələf olmuşdur.
Şahzadə Vilhelm boğazı | |
---|---|
ing. Prince William Sound | |
Ümumi məlumatlar | |
Eni | minimum |
Yerləşməsi | |
60°36′54″ şm. e. 147°10′05″ q. u. | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinad
- Explorations: Berinq və Kuk Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine, Alaska.net