Şahverdili

ŞahverdiliAzərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Şahverdili
39°47′49″ şm. e. 47°59′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.315 nəf.
Şahverdili xəritədə
Şahverdili
Şahverdili

Toponimikası

Keçmiş adı Ərəbşahverdilli olmuşdur. Oykonim Şirvanda yaşamış eyni adlı ərəb tayfasının adı ilə bağlıdır.[2]

Tarixi

Kənd əvvəllər Araz çayı sahilində, Qaradonlu kəndi yaxınlığında idi. 1946-cı ildə Araz çayının daşması ilə əlaqədar olaraq kənd indiki yerində məskunlaşmışdır.

Əhalisi

Kənd əhalisinin sayı 1433 nəfərdir ki, onun da 715 nəfəri kişi, 718 nəfəri isə qadındır.

Din

Kənddə "Əhli-beyt" məscidi dini icması fəaliyyət göstərir.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.