Şahverdilər (Gorus)
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd.
Şahverdilər | |
---|---|
39°25′ şm. e. 46°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.420 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur.
Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır.
SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır.
1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər.
Mədəniyyəti
1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.
Kəndin ətrafında qədim Alban kilsəsinin və qəbiristanlığının qalıqları var idi.
Toponimikası
Kəndin toponimləri
Süleyman bulağı, Dolayı bulaq, Qırğı bulağı, Cəhənnəm dərəsi, Cinni dərə, Düzülmə qaya, Dəlik daş, Oxçu kahası, Qara qaya, Qapı daşı, Heydərin yurdu və s.[2]
Coğrafiyası və iqlimi
Gorus rayon mərkəzindən 14 km cənubda, Gorus-Qafan Ģosse yolunun kənarında, Bazar çayın (Bərguşad) üzərində yerləşmişdir.
Əhalisi
1918-ci ildə kənddə 100-ə yaxın ev olmuşdur. Həmin ilin avqust-sentyabr aylarında daşnaklarla mübarizədə kənd camaatının böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, ermənilər Şahverdilər kəndini yandırmış, kənd sakinlərindən 87 nəfəri qətlə yetirmiş, qalan camaat isə Qubadlı rayonuna qaçmışdır. Qaçqın düşmüş Şahverdilər camaatı Şuşa, Ağdam, Yevlax və Bakıda məskunlaşmışlar.
İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra cəmi 40 ailə yenidən geriyə dönərək Şahverdilər kəndini bərpa etmişlər.
Böyük Vətən müharibəsində kənddən 26 nəfər iştirak etmiş, onlardan 9 nəfəri geriyə qayıtmamışdır. 1951-ci ildə Şahverdilər kəndinin camaatı deportasiya olunaraq Yevlax rayonunun Hürü uşağı və Borçalı kəndlərinə köçürülmüşlər. Kəndin təsərrüfatı və torpaqları isə Xot və Kürdük erməni kəndlərinə verilmişdir. 1954-cü ildə Şahverdilər kəndinin camaatının bir hissəsi yenidən geriyə qayıdaraq, öz kəndlərində məskunlaşmışlar. Kolxoz və kənd sovetliyi isə Xot kəndində qalmışdır.
1961-ci ildə 8 erməni ailəsi Şahverdilər kəndinə köçürülərək, orada məskunlaşdırılmışdır.
1988-ci ildə kənddə 15 ev, 80 nəfər əhali var idi. Həmin ilin noyabrında rayonun digər kəndləri kimi, Şahverdilər kəndinin sakinləri də deportasiyaya məruz qalmışlar.
2004-cü ilin məlumatlarına görə kəndin əhalisi 271 nəfər ermənidən ibarət olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Tahirov Rəhim Əvəz oğlu Şahverdilər kəndində doğulmuşdur.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005.