Şahvəlilər

ŞahvəlilərAzərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Xanərəb kənd Sovetindən Şahvəlilər kəndi Əmirli kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Şahvəlilər kəndi Əmirli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahvəlilər kənd Soveti yaradılmışdır.[2]

Şahvəlilər
40°13′ şm. e. 47°10′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Şahvəlilər xəritədə
Şahvəlilər
Şahvəlilər

Tarixi

Kəndin tarixi Sultan Mahmud Qəznəlinin dövrünə gedib çıxır. Kənddə tanınmış Qarabağ seyidləri yerləşmişdi.

Coğrafiyası və iqlimi

Kənd Xaçınçay sahilində yerləşir. Kəndin ərazisində Sultanbud yasaqlığı var. Ağdam rayonunun Ayaq Qərvənd kəndi ilə həmsərhəddir.

Əhali

Etnik tərkibi azərbaycanlılardır.

İqtisadiyyatı

Kənd əhalisinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Təhsil

Bərdə rayon Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta məktəbi 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasında məktəblilərarası fənn olimpiadasında coğrafiya və kimya fənlərindən Əmirov Teymur Çingiz oğlu və Babayev Hüseyn Akif oğlu 1-ci və 2-ci yeri tutaraq məktəbin nailiyyətlərini daha da artırmışlar. İdman sahəsində də Mirəli Nəsirov 9 yaşlı idmançılar arasında qızıl və gümüş medal qazanmışdır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.