Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu — azərbaycanlı jurnalist[1], redaktor, köşə yazarı.
Şahvələd Çobanoğlu | |
---|---|
Doğum tarixi | 1969 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Həyatı
Şahvələd Çobanoğlu 1969-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub[2].
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
"7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru, "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru[3] olub.
Hazırda köşə yazarı kimi sərbəst jurnalist fəaliyyəti göstərir.
2010-cu ildə Almaniyanın "Zite-Ştivtunq" və Norveçin "Azad söz" fondlarının təsis etdiyi Gerd Buserius adına "Şərqi Avropada Söz Azadlığı" mükafatı ilə təltif olunub.
İstinadlar
- Şahvələd Çobanoğlunun anası vəfat etdi. gunxeber.com saytı
- Şahvələd Çobanoğlu: "Nəyə görə mən yaxşı yaşamaq üçün oğru olmalıyam, yaltaq olmalıyam, yalan danışmalıyam?". mediaforum.az saytı
- "Şahvələd Çobanoğlu Fətullayevin təşkilatında olmayacaq". musavat.com. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.