Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir.[1][2] 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.[3][4][5][6][7][8][9][10]
Şahtaxtı arxeoloji abidələr kompleksi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəngərli |
Yerləşir | Şahtaxtı kəndi |
Tikilmə tarixi | e.ə. III – I miniliklər |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 1970, 1971, 1973 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir:
- Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala.
- Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri.
- I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
- II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
İstinadlar
- Агаев Г. Шахтахты в эпохе поздней бронзы и раннего железа. Баку-Москва, Ağrıdağ, 2002, 200 с.
- Ağayev Q.H. Şahtaxtının orta tunc dövrü. Bakı, Çaşıoğlu, 2010, 150 s.
- Ağayev Q.H. Nuh tufanından sonrakı yaşayış məskənləri – Şahtaxtı // Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan. 24–25 aprel 2009-cu il, Beynəlxalq simpoziumun materialları. Naxçıvan: 2010.
- Ağayev Q.H. Şahtaxtıda arxeoloji ekspedisiyasının 2009-cu il qazıntılarına həsr olunmuş hesabat // Azərbaycanda arxeoloji tədqiqatlar — 2010
- Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksində 2010-cu il tədqiqatları // Azərbaycanda arxeoloji tədqiqatlar. — 2011
- Ağayev Q.H. Şahtaxtı abidələrində arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar. — 2011
- Ağayev Q.H. Şahtaxtıda arxeoloji araşdırmalar // Azərbaycanda arxeoloji tədqiqatlar — 2012
- Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksinin orta tunc dövrü // Azərbaycan arxeologiyası, 2010 cild 13, N1
- Ağayev Q.H. Şahtaxtıda aşkar olunmuş fauna qalıqları və zoomorf tapıntılar // AMEA Naxçıvan bölməsi, Xəbərlər, cild 7, N3, Naxçıvan, 2011
- Ağayev Q.H. Qədim Şərq Şirli saxsı nümunələrinin yayılma istiqamətləri // Qloballaşma və Azərbaycan. Beynəlxalq konfrans. AMEA Fəlsəfə və Hüquq institutu. Bakı, 2012
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.