Şahtəpə yaşayış yeri
Şahtəpə — Eneolit dövrünə aid Ağcabədi rayonunda, Qarqar çayından cənubda yerləşən yaşayış yeri.
Tarixi
Şahtəpənin hündürlüyü 6 metrdir. Təpə dayaz xəndəklə əhatələnib. Arxeoloji axtarışlar zamanı Şahtəpədən dən daşları, gilinə saman qatılmış,səthi anqoblanmış qalın divarlı saxsı qab qırıqları(bəzək nazik divarlı gil qablar), dəvəgözü (obsidion) parçaları və s.tapılmışdır.Oradan tapılmış arxeoloji materiallar sübut edir ki, qədim Şahtəpə əhalisi əsasən, əkinçilik və maldarlıqla məşğul olmuşdur.[1]
Toponimikası
Şahtəpə oronimi şah və təpə sözlərindən ibarətdir. Toponimin tərkibindəki şah sözü "yüksək", "böyük" mənasındadır.Təpə coğrafi termini müsbət relyef forması ifadə edir. Adətən ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 mətrədək olan yüksəkliyə təpə deyilir. Azərbaycan oronimiyasında təpə termini ilə əlaqədar 4000-dən çox coğrafi ad qeydə alınıb. Şahtəpə toponimi "yüksək, böyük təpə" anlamındadır. [2]
İstinadlar
- Nazim Tapdıqoğlu Ağcabədi Ensiklopediyası Bakı,2007
- Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası Bakı,2007