Şahsüvar Qadınəfəndi

Şahsüvar Qadınəfəndi və ya Şahsüvar Xanım (Osmanlı türkcəsi: شہسوار خانم) (2 may 1881, Konstantinopol1945, Paris, Fransa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin ilk xanımı.

Şahsüvar Qadınəfəndi
شہسوار قادین افندی
Sağdan birinci
Sağdan birinci
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Bobigny məzarlığı
Həyat yoldaşı Əbdülməcid Əfəndi (1896-1944)
Uşağı Ömər Fərrux Əfəndi
Ailəsi Osmanlı sülaləsi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şahsüvar xanım 2 may 1881-ci ildə İstanbulda dünyaya gəlmişdir. Ailəsi əslən ubıxdır. Hələ kiçik yaşlarında atası onu saraya tsəlim etmiş, adı dəyişdirilərək Şahsüvar qoyulmuşdur. 15 yaşında 22 dekabr 1896 tarixində Əbdülməcid Əfəndi ilə Çırağan sarayında evləndirilmişdir. Cütlüyün yeganə övladı olan Şahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898-ci ildə dünyaya gəldi. 1924-cü ilin martında əri və uşaqları ilə birlikdə sürgünə getdi. Əvvəlcə İsveçrədə, daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdılar.

Əri Əbdülməcid Əfəndinin 1944-cü ildəki vəfatından bir il sonra, 1945-ci ildə Parisdə vəfat etmiş, Parisdəki Bobigny məzarlığında dəfn edilmişdir.

Mənbə

  • Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. pp. 205–7. ISBN 978-9-759-96109-1.
  • Wendy M. K. Shaw (March 15, 2011). Ottoman Painting: Reflections of Western Art from the Ottoman Empire to the Turkish Republic. I.B.Tauris. pp. 85–8. ISBN 978-1-848-85288-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.