Şahmar Mövsümov
Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972[1], Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri.[2]
Şahmar Mövsümov | |
---|---|
29 noyabr 2019 – indiyə kimi | |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru | |
15 may 2006 – 29 noyabr 2019 | |
Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru | |
2005 – 2006 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1972[1] (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili |
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (1990–1995) Harvard Kennedi Məktəbi (2003–2004) |
Fəaliyyəti | dövlət xadimi, beynəlxalq forum iştirakçısı[d] |
|
|
Təltifləri |
Həyatı
Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.[3]
1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.
2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində,[4] 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.[5][6]
2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub.
2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.
2019-cu 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.
Mükafatları
- "Tərəqqi" medalı — 29 dekabr 2009[7]
İstinadlar
- Davos 2014 Participant List.
- "Ş.A.Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 noyabr 2019. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.
- "Şahmar Mövsümov". oilfund.az. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.
- "Shahmar Movsumov: The New Asset Mix". thebusinessyear.com. 2013. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.
- "Ş.A.Mövsümovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 15 may 2006. 30 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.
- "Ş.A.Mövsümovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 noyabr 2019. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.
- "Azərbaycan Respublikası Dövlət Neft Fondu işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2009. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2021.