Şahin Seyidzadə
Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.
Şahin Seyidzadə | |
---|---|
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri | |
Vəzifədədir | |
3 mart 2022-ci ildən | |
Əvvəlki | Əsgər Ələkbərov |
10 mart 2020 – 17 mart 2022 | |
Seçki dairəsi | 2020 — 50 saylı Abşeron-Qobustan |
Əvvəlki | Zeynəb Xanlarova |
Şəxsi məlumatlar | |
Doğum adı | Şahin Kamil oğlu Seyidzadə |
Doğum tarixi | 15 aprel 1978 (45 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
seyidzade.az |
Həyatı
Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub.
Ailəlidir, iki övladı var.
İngilis və Rus dillərində sərbəst danışa bilir.
Təhsili
1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib.
2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb.
2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb.
2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb.
İctimai fəaliyyəti:
- 1999-2019-ci illərdə müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri olub.
- 2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.
- 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
- 2019-2022-cu illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub.
- 2022-ci ildən Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvüdür.
Əmək fəalliyəti:
Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb.
2015-2020-ci illər - Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri olub.
9 fevral 2020-ci il – 3 mart 2022-ci il - 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub.
3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Pedaqoji fəaliyyəti:
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
Mükafatları:
28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.