Şahin Növrəsli

Şahin Növrəsli (10 fevral 1977, Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti.

Şahin Növrəsli
Ümumi məlumatlar
Doğum tarixi 10 fevral 1977(1977-02-10) (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Janrlar Caz, Klassika
Musiqi aləti Piano
Albom şirkətləri Jazz Village, PIAS, Disk Union, Eight Islands Records
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2011
shahinnovrasli.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub[1]. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub.

Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir. Daha bir proyekt isə caz solo proyekt və klassik solo proyekt "Clajamu"-dur. (Proqram Mosart və Bax kimi klassik bəstəkarların əsərləri əsasında tərtib olunmuşdur.)

Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.

Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.

Fəaliyyəti

Şahin Növrəslini dünya cazının yeni ulduzu adlandırırlar... Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən başa düşmüşdür ki, özünün ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir biliciləri və professionalları heyrətə salmışdır. Rusiyanın paytaxtındakı çıxışı ərəfəsində Moskva cazmenləri onu bu cür təntənəli epitetlərlə qiymətləndirmişdilər: "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı","Dünya caz səhnəsinin yeni ulduzu". Artıq müasir dövrdə Şahini Azərbaycan cazının vizit kartı adlandırmaq olar. Ona Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintez etmək müyəssər olmuşdur. O, öz musiqisində iki böyük mədəniyyəti – Qərb və Şərq mədəniyyətini birləşdirə bilmişdir.

Eqzotik melodiyalarin sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq şərq ritmləri, və elə oradaca döngədə super sürətli qaynar amerikan cazı – bu Şahin Növrəslinin musiqisidir.

Konsertləri

2003-cü il

  • 28 Oktyabr - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan
  • 5 Noyabr - Briksendə 'Gruppe Dekadenz da', İtaliya

2004-cü il

  • 8 Aprel - Caspian Jazz & Blues Festivalında, Bakı, Azərbaycan
  • 19 İyun - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan
  • 24 İyun - Hot Summer Jazz Festivalında, Mineapolis, ABŞ,
  • 23 Sentyabr - Black Sea Jazz Festivalında, Soçi, Rusiya
  • 20-23 Oktyabr – EMCdə illik tədbir «Musiqidə improvizasiya», Haaqa, Hollandiya
  • 28 Noyabr - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan

2005-ci il

  • 16 Fevral - Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, İstanbul, Türkiyə
  • 19 Fevral – Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, Musiqi Evi, Moskva, Rusiya
  • 5-11 Aprel - Baku International Jazz Festival, Azərbaycan. Şahin Növrəslinin yeni Triosu Neytn Pekin (baslar) və Ellison Millerin (zərbəli alətlər) iştirakı ilə
  • 20, 21 May - Keni Uilerlə konsertlər
  • 24 İyun - Hot Summer Jazz Festivalında, Mineapolis, ABŞ
  • 23 Oktyabr - International Antalya Piano Festivalında, Türkiyə. Şahin Növrəslinin yeni Triosu Neytn Pekin (baslar) və Ellison Millerin (zərbəli alətlər) iştirakı ilə

2006-cı il

  • 19-27 İyun - Baku International Jazz Festival, Azərbaycan. Natan Pek, Met Zebroski və Cef Ledererin iştirakı ilə
  • 15 Sentyabr - East-West Jazz Festivalı, Di, Fransa. Pianoda solo çıxış
  • 20 Sentyabr - Ermitaj studiyasının zalinda konsert, Paris, Fransa. Pianoda solo çıxış

2007-ci il

  • 06 İyun - Bakı Musiqi Akademiyasının zalında solo konsert
  • 07-14 İyun - Baku International Jazz Festival, Azərbaycan. Natan Pek, Arslan Növrəsli, Nurlan Növrəsli və Aleksandr Maşının iştirakı ilə
  • 16-19 İyul - Montrö Jazz festivalın çərçivəsində kecirilən caz pianoçuların müsabiqəsi, İsveçrə
  • 27 Sentyabr - Yubiley konserti. Alim Qasımov və Şahin Növrəsli 50/30, "Yaşıl Teatr", Bakı, Azərbaycan
  • 16 Dekabr - Solo konsert. Praqa, Çex Respublikası

2008-ci il

  • 9-12 Yanvar - IAJE Konferensiyası, Toronto, Kanada

Mükafatları

30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5]9 may 2018-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Əlvida, cənub şəhəri (film, 2006)

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.