Şahin Hüseynquliyev

Şahin Yusif oğlu Hüseynquliyev (30 aprel 1991, Qıvraq, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.

Şahin Hüseynquliyev
Şəxsi məlumatlar
Doğum tarixi 30 aprel 1991(1991-04-30) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Çevik Hərəkat Dəstəsi
Xidmət illəri 2017-ci ildən
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
  Şuşanın azad edilməsi
  Zəngilanın azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı "Şücaətə görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Hərbi xidməti

Heydər Əliyev adına Hərbi Lisey (2006-2009) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası (2009-2013) Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynquliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.