Şahin Gəray
Şahin Gəray (1745[1], Ədirnə – 7 avqust 1787[1], Rodos) — Krımın sonuncu xanı. Birinci dəfə 1777–1782, ikinci dəfə isə 1782–1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi.
Şahin Gəray | |
---|---|
yanvar 1777 – 14 may 1782 | |
Əvvəlki | IV Dövlət Gəray |
Sonrakı | II Bahadır Gəray |
noyabr 1782 – 14 aprel 1783 | |
Əvvəlki | II Bahadır Gəray |
Sonrakı | rus işğalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1745[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 avqust 1787[1] |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Ailəsi | Gəraylar |
Dini | sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Krım tatarcası və osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi.
Şahin Gərayın gənclik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçün büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda — 21 iyul 1774-cü il tarixində, imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə görə isə Krım Osmanlı dövlətinin nüfuz dairəsindən çıxdı və Rusiyanın nəzarətinə keçdi.
Şahin Gəray 1777-ci ildə Krım taxtına oturduqda, artıq Krım xanlığının tənəzzül dövrü idi. Rusiya Krımda öz modernləşmə proqramlarını həyata keçirməyə başlamışdı. Fabriklər qurulmuş, paytaxt Bağçasaraydan Kəfəyə köçürülmüşdü. Rusiyanın təzyiqlərinə dözə bilməyən Şahin Gəray 1783-ci ilin fevral ayında hakimiyyətdən əl çəkib Rusiyaya getdi. 8 (19) aprel tarixdə Rus çarı II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzaladı. Şahin Gəray isə 1787-ci ilə qədər Rusiyanın müxtəlif şəhərlərində yaşadı, daha sonra Türkiyəyə üz tutdu. Lakin Türkiyədə Sultan I Əbdülhəmidinin göstərişi ilə onu tutub Rodos adalarına apardılar və elə həmin 1787-ci ildə orada edam etdilər.
İstinadlar
- Şahin Giray // NUKAT. 2002.