Şahin Abbasov (hüquqşünas)

Şahin Əli oğlu Abbasov (1 iyun 1951, Ərikli, Laçın rayonu28 yanvar 1992, Xəlfəli, Şuşa rayonu) — Azərbaycan hüquqşünası, Qarabağ müharibəsi şəhidi.

Şahin Abbasov
Doğum tarixi 1 iyun 1951(1951-06-01)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1992(1992-01-28) (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi təyyarə qəzası[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti hüquqşünas

Həyatı

Şahin Abbasov 1 iyun 1951-ci ildə Laçın rayonunun Ərikli kəndində dünyaya göz açıb.[1] 1957-ci ildə Ərikli kənd ibtidai məktəbinin I sinfinə gedir.

1963-cü ildə atası Əli Dağlıq Qarabağın Xocalı yaşayış məntəqəsinə köçür və orada əmək fəaliyyəti ilə məşğul olmağa başlayır. Şahin təhsilinə Xocalıda davam edir. 1967-ci ildə Xankəndi şəhərinin Xocalı kənd orta məktəbini bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə daxil olur. 1982-ci ildə universiteti əla qiymətlərlə başa vuran Şahin Dağlıq Qarabağa qayıdır.

Şahin Abbasov əvvəl bir neçə il hüquq məsləhətxanasında, sonralar isə hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Şuşa rayon İcra Hakimiyyətində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır.

1992-ci il yanvar ayının 28-də həyat yoldaşı Sədaqət və 11 yaşlı qızı Səadət ilə sərnişin vertolyotunda Ağdamdan Şuşaya uçan zaman erməni terrorçuları Mi-8 vertolyotunu "stinger" raketi ilə vururlar. Ailənin hər üç üzvü həlak olurlar.[2]

Laçın rayonunun Ərikli kəndində dəfn edilmişdir.

Ailəsi

Şahin Abbasovun həyat yoldaşı Abbasova Sədaqət Kamran qızı (21.12.1959) və qızı Səadət (1980) də vertolyotun vurulması zamanı şəhid olmuşlar.Yurdunda Abbasov Elman(Emin)Şahin oğlu(02.01.1982) və Abbasov Ceyhun Şahin oğlu(21.01.1985)təvəllüdlü 2 övladı və Şahin,Sədaqət,Muhəmməd,Səda adlarında 4 nəvəsi var.

Xatirəsi

Ərikli kənd ümumi orta məktəbinə Şahin Əli oğlu Abbasovun adı verilmişdir. Köçkün məktəb hazırda Gəncə şəhərinin 2-ci qəsəbəsində fəaliyyət göstərir.

İstinadlar

  1. "Şəhidlərimiz and yerimiz". "Laçın yurdu". №2(9) ("Bəxtiyar-4" nəşriyyatı): səh.14–15. 2013. (#accessdate_missing_url)
  2. Elman Alışoğlu. "Şahin bu gün də səmalardadı". "Laçın yurdu". №1(8) ("Bəxtiyar-4" nəşriyyatı). 2013: səh.70–72. (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.