Şahin Şıxlinski
Şahin Şıxlinski — Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü.
Həyatı və fəaliyyəti
Şahin Mutvəli oğlu Şıxlinski 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.1973-cu ildə orta məktəbə daxil olmuş, 1983-cu ildə isə təhsilini bitirmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda baş mexanik-sürücü, serjant vəzifəsində çalışmışdır. 1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə seçilmişdir. Sonralar “E” İnşaatda Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasını bitirmiş, həmçinin bu Akademiyanın aspiranturasında təhsil alaraq elmi dərəcə əldə etmişdir. 1996-1999-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur. 2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında UAK-ın vitse-prezidenti seçilmişdir. 2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin (AAK) II qurultayında vitse-prezident təyin olunmuşdur. Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında nümayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir. Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
Təltifləri
Sverdlovsk vilayətinin Qubernatorunun 2008-ci il 22 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə gorə Sverdlovsk vilayətinin Dovlət mukafatı ilə, 2008-ci ilin avqust ayında isə “Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İstinadlar
- diaspora.gov.az
- Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu