Şahin İsmayılov

İsmayilov Şahin Əmir oğlu (7 fevral 1986, Yeğeqnadzor rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin VVI çağırış deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini (2019 — indiyədək), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sabiq sədri[1] (2009–2018), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sabiq üzvü (2012–2021), Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sabiq üzvü (2013–2016).

Şahin İsmayılov
Vəzifədədir
2015-ciildən
Seçki dairəsi2015 — 81 saylı Beyləqan
2020 — 81 saylı Beyləqan
ƏvvəlkiAyaz Orucov
20 noyabr 2009 26 dekabr 2018
ƏvvəlkiVəzifə təsis edilib.
Şəxsi məlumatlar
Doğum adı İsmayilov Şahin Əmir oğlu
Doğum tarixi 7 fevral 1986(1986-02-07) (38 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şahin İsmayilov 7 fevral 1986-cı ildə anadan olmuşdur. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002–2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışmış, 2004–2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008–2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır.

İngilis, Rus, Fransız, Alman dillərini bilir.

Ailəlidir, iki övladı var.

İctimai-siyasi fəaliyyəti

Şahin İsmayilov 2006–2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikası Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış etmişdir.

2006-cı ildən ictimai fəaliyyətlə yanaşı siyasi fəaliyyətə də qoşulmuşdur. Həmin il Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının nəzdində olan ADU İlk Ərazi Təşkilatının sədr müavini seçilmişdir. 2011-ci ilədək həmin vəzifəni icra etmişdir. Bu vəzifə ilə yanaşı YAP Gənclər Birliyinib icraedici heyəti sıralarında da çalışmış, 2006–2008-ci illərdə həmin qurumun beynəlxlaq təşkilatlarla iş üzrə koordinatoru vəzifəsini tutmuşdur. 2008-ci ildə ADU Tələbə Gənclər Təşkilatının sədrliyinə namizədliyi irəli sürülmüşdür. Həmin il Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasına üzv və həmin Şuranın üzvlərinin yekdil qərarı ilə TGT İdarəetmə Şurasının və təşkilatın sədri seçilmişdir. 2009-cu ildə magistratura pilləsinin birinci kursunda təhsil aldığı vaxt TGT-nin növbəti dəfə keçirilən Hesabat-Seçki Konfransında yenidən təşkilatın sədri seçilmiş və 2012-ci ilin sonunadək bu vəzifədə çalışmışdır.

ATGTİ

2009-cu ildə bir sıra TGT-lərlə birlikdə Tələbə Gənclər Təşkilatlarının vahid platformasının və şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etmiş, TGT-lərin ittifaqı- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təsis olunması üzrə yaradılan Təşkilat Komitəsinin sədri seçilmişdir. 20 noyabr 2009-cu il tarixində Bakı şəhərində 39 TGT-nin birgə iştirakı ilə keçirilən təsis qurultayında ATGTİ-nin sədri seçilmişdir. 2 iyun 2012-ci il tarixində Gülüstan Sarayında 88 TGT-nin 600 nümayəndəsinin iştirakı ilə birbaşa elektron səsvermə ilə keçirilən Hesabat-Seçki Qurultayında 5 namizəd arasından səslərin böyük əksəriyyətini toplayaraq ikinci dəfə İttifaqın sədri seçilmişdir. 2013-cü ilin 3 iyun tarixində Bakı, Naxçıvan, GəncəLənkəran şəhərlərində 1500-dən çox nümayəndənin iştirakı ilə keçirilən İllik Hesabat-Seçki Konfransında İttifaqa daha 21 TGT qoşulmuş və təşkilatların sayı 109-a, üzvlərin sayı isə 30000-ə çatmışdır.

21 aprel 2011-ci il tarixində bir qrup gənclə birlikdə Prezident İlham Əliyevin qəbulunda olmuş, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması və fəallığının artırılması istiqamətində cənab prezident qarşısında bir sıra təkliflərlə çıxış etmişdir. Həmin ilin aprel-iyun aylarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi altında formalaşdırılmış "Azərbaycan Gəncliyi 2011–2015-ci illərdə" dövlət proqramının hazırlanması üzrə işçi qrupun üzvü olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının[2], 4 aprel 2013-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının[3] üzvü seçilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[4]

Mükafatları

  • "Gənclər üçün Prezident mükafatı" — 1 fevral 2014[5]
  • "İlin ən ictimai fəal gənci" (Gənclər və İdman Nazirliyi – 2012-ci il)
  • "Boks üzrə yeniyetmələr arasında Bakı üçüncüsü və Azərbaycan çempionu" (2016-cı il)

İstinadlar

  1. Struktur — Şahin İsmayılov — Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Arxivləşdirilib 2013-08-16 at the Wayback Machine
  2. Şuranın tərkibi Arxivləşdirilib 2014-04-09 at the Wayback Machine
  3. Müşahidə şurasının üzvləri Arxivləşdirilib 2014-02-07 at the Wayback Machine
  4. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  5. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2014-cü il tarixli 238 nömrəli Sərəncamı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.