Şahdağ platosu
Şahdağ platosu və ya Şahdağ yastanı[1] — Böyük Qafqazda plato.
Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var.
Mənbə
- "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
İstinadlar
- Öz adət-ənənələrinə sadiq buduqlular www.anl.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.