Şahdağ Turizm Mərkəzi

"Şahdağ Turizm Mərkəzi"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Qapalı Səhmdar Cəmiyyət.[1] Azərbaycanın ilk və ən böyük xizək kurortudur.[2][3]

Şahdağda qaldırıcılar
Şahdağ Turizm Mərkəzi
Yerləşmə Qusar rayonu
Yaxındakı şəhər Qusar
Ən yüksək coğrafi nöqtəsi 1 435
Ən aşağı coğrafi nöqtəsi 2 100
Kurortun ölçüsü 128Ha
Ən uzun yamacları 2 km
Qaldırıcı sistemlər müxtəlif tipli
Xarici keçidlər https://www.shahdag.az/az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir.

Şahdağa həsr olunmuş poçt markası

Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır.

Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.

Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkiləcəkdir. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilmişdir.[4]

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.

27 fevral 2011-ci il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı.[5]

Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.[6]

Kurort

Şahdağın yamacları və Şahdağ Otel və Kurort

"Şahdağ" Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.

"Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.[7]

Macəralar Dünyası

"Şahdağ" Turizm Mərkəzi Azərbaycanın tarixində ən müasir avadanlıqları ilə təchiz edilmiş və ən yaxşı beynalxalq şirkətləri tərəfindən idarə edilən ilk dağ-xizək kurortudur.

Macəralar dünyası lap yaxınlığda:

  • 5 otel, ən dəbdəbəli otellər və ailəvi otel-evlər daxil olmaqla
  • Həm beynalxalq mətbəxdən həzz almağa, həm də ailəvi atmosferdə azərbaycan mətbəxin ənənəvi yeməkləri dadmağa imkan verən 20-dən çox restoran və barlar
  • Qarın olmasına 100% zəmanət
  • Xizək sürməsinə dair təlim; Beynalxalq Xizək Məktəbində yüksək ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçirir və diqqətini təhlükəsizliyin təmin edilməsində cəmləşdirirlər
  • Ailənin hər bir üzvü üçün, xüsusən də uşaqlar üçün nəzərdə tutulmuş tədbirlər, əyləncələr, paketlər və proqramlar
  • Valehedici SPA, sağlamlıq və fitnes mərkəzləri
  • Təbiətin möhtəşəm gözəlliyi ilə seçilən Azərbaycanın ən dilbər güşələrdən biri

Məşhur azərbaycan qonaqpərvərliyini hiss edin və Azərbaycanda istirahətin ən gözəl məqamlarınından həzz alın.

Texniki Spesifikasiyalar

"Şahdağ" hotelindən açılan mənzərə
Şahdağda Buzlu Bar
Şahdağda qar topu
Şahdağda qar təmizləyən maşınlar
Şahdağ yayda
Şahdağ yayda

Əsas təşkilatçı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi / "Şahdağ" Turizm Mərkəzinin Müdiriyyəti

Operator

PGI Management

Yüksəklik fərqi

1,435–2,525 m

Sərnişin tutumu

25,000 xizəkçi/saat

Xizək sürmək üçün ərazi

  • 32 km xizək sürmək üçün ərazi

Qaldırıcılar

Burada 17 qaldırıcı var:

  • 2 gondola (8-nəfərlik)
  • 8 ayrılan kürsü tipli qaldırıcı (4-nəfərlik)
  • 2 bugel tipli qaldırıcı
  • 5 "sehirli xalça"

Yamaclar

26 yamac:

  • 6 yaşıl
  • 12 göy
  • 6 qırmızı
  • 2 qara

Qarın istehsalı

  • 488 qar topu kurortun xizək sürmək üçün ərazidə qarın olmasına 100% zəmanət verir

Fristayl

Fristayl uçün 1 qar parkı

Xizək Məktəbi

Müştərilərin xidmətinə yerli və xarici təlimçilərin xidmət göstərdiyi 3 Xizək və Dağ məktəbi verilib:

  • Lift Bazası / Zirve Hotel Shahdag
  • Shahdag Hotel & Spa
  • Pik Palace

Uşaq Klubu

Uşaq bağçası / Uşaq Klubu

  • Lift Bazası / Zirve Hotel Shahdag
  • Shahdag Hotel & Spa

Xilasetmə xidməti və tibbi xidmət

Bütün yamaclarda xilasetmə xidməti , Lift Bazasında isə Tibbi Mərkəz fəaliyyət göstərir.

Qış əyləncələri

  • Avtoxizəkdə gəzinti
  • Böyüklər üçün kvadrotsikl
  • Buz meydançası
  • Dağda gəzinti
  • Xizəksürmə
  • Xizək turu
  • Qarda tübinq
  • Qarsıxıcı maşında gəzinti
  • Qarda yürüş (Snowshoeing)
  • Macəra parkı
  • Off-road turları
  • Oxatma
  • Piyadalar üçün kanat yolları
  • Peyntbol
  • Polaris tur
  • Paraplan
  • Snoubord
  • Shahdag Coaster
  • Uşaq kirşələri
  • Uşaq əyləncə mərkəzi
  • Zip-line

Mağaza və İcarə məntəqələri

  • Lift Bazası / Zirve Hotel Shahdag
  • Shahdag Hotel & Spa
  • Pik Palace

Otellər

Hal hazırda 5 otel fəaliyyət göstərir. "Şahdağ" Turizm Mərkəzinin otellərində hazırda olan çarpayıların sayı:

  • Shahdag Hotel & Spa (346 çarpayı)
  • Zirve Hotel Shahdag (86 çarpayı)
  • Gaya Residences Shahdag (62 çarpayı)
  • Pik Palace Autograph Collection (334 çarpayı)
  • Park Chalet Autograph Collection (328 çarpayı)

Ümumilikdə 1.156 çarpayı

Restoranlar

30+ restoran, kafe və bar:

  • Shahdag Hotel & Spa: Miras Restaurant, Xezine Bar, Menzere Restaurant
  • Zirve Hotel Shahdag: Rahat Bar, Pirosmani Restaurant, Ferma Art
  • Gaya Residences Shahdag: Alov Restaurant, Kulekli Rooftop Lounge Bar
  • Pik Palace Autograph Collection: Alpina Brasserie & Wine Bar, Chocolat Patisserie Cafe
  • Park Chalet Autograph Collection: Aspen Grill Restaurant, Aspen Lounge, Aspen Bar
  • At Lift Base: Durna, Slices by Elio, Badam
  • Sess RestoBar, Shahdag Pub, Scalini, Fryday, Qondola cafe, Qalateya, Mushvig Doner, Lviv Handmade Chocolate, etc

SPA və sağlamlıq

3 SPA, Sağlamlıq və Fitnes Mərkəzi:

  • Shahdag Hotel & Spa: Ovdan və Fitnes Mərkəzi (3.000 m²)
  • Pik Palace Autograph Collection: SPA, The Club Fitnes Mərkəzi (1.700 m²)
  • Park Chalet Autograph Collection: SPA, The Club Fitnes Mərkəzi (543 m²)

Konfrans Mərkəzlər

4 Konfrans Mərkəzi fəaliyyət göstərir:

  • Shahdag Hotel & Spa
  • Zirve Hotel Shahdag
  • Pik Palace Autograph Collection
  • Park Chalet Autograph Collection

Avtodayanacaqlar

7 avtomobil dayanacağı:

  • Açıq avtodayanacaq – Lift Bazasında
  • Lift Bazasında
  • Şahdağ Otel və Spa
  • Şahdağ Ticarət Mərkəzi
  • Pik Palace
  • Park Chalet
  • Gondola avtodayanacağı

"Şahdağ"da yay mövsümü

Şahdağda şişirdilmiş qala
Şahdağda nordik gəzinti və piyada turlar
Şahdağda peyntbol
Şahdağda seqveylə gəzinti

"Şahdağ" Turizm Mərkəzi yay mövsümündə bütün yaşlara uyğun, macəralar parkından tutmuş şişirdilmiş qalalara, kvardosikllərdə gəzinti və nordik gəzintisinə və orientasiyaya qədər müxtəlif növ idman oyunlarını təklif edir.

Yay əyləncələri

  • Batut
  • Bobkart
  • Böyüklər üçün kvadrotsikl
  • Batut əyləncə qalası
  • Düşərgə (camping)
  • Off-road turları
  • Oxatma
  • Piyadalar üçün kanat yolları
  • Peyntbol
  • Paraplan
  • Polaris turu
  • Segway
  • Shahdag Coaster
  • Trottinet
  • Uşaqlar üçün kvadrotsikl
  • Velosiped
  • Zip-line (Kanatla sürüşmə)
  • Zorbinq topları
  • Zorb body

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamı. president.az  (az.)
  2. Frederick ReimersBuyer's Guide 2014 Outside page 22
  3. "Shahdag Mountain Resort". 2015-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
  4. "Arxivlənmiş surət". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
  5. "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
  6. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamı. president.az  (az.)
  7. "Shahdag Tourism Complex". 3 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 July 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.