Şah xan

Şah xan (?-1570) — Turfan dairəsinin hakimi, Mənsur xanın oğlu.

Şah xan
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1570
Atası Mənsur xan
Ailəsi Çingizlilər

Həyatı

Mənsur xan Sultan Əhməd xan oğlu 1542-ci ildə oğlu Şah xanı vəliəhd elan edib, Moğolustanı ona buraxdı. Əllərində ancaq Turfan dairəsi qalmışdı.Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah xan cəsur, mərd, qorxmaz bir şəxsiyyət idi. Onun sərtliyi və qəddarlığı da vardı". Az bir günaha görə oğlu Türay sultanın qətlinə fərman vermişdi. 1570-ci ildə Aksu şəhərini tutub, oranın hakimi Məhəmməd oğlanı əsir tutdu. Yalnız yarım ildən sonra Məmləkəti-Moğoliyyənin hökmdarı Əbdülkərim xanın xahişi ilə buraxdı. Elə həmin ildə oyratların üzərinə yürüş etdi. Döyüş zamanı canını fəda etdi.

Ədəbiyyat

  • Şah Mahmud ibn Fazil Çuras, Xronika, Moskva, "Nauka", 1976.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.