Şah və xidmətçi (film, 1976)
Şah və xidmətçi | |
---|---|
![]() | |
Janr |
dram musiqili |
Rejissorlar |
Nazim Məmmədov Bəhmən Əliyev |
Əsərin müəllifi | Nizami Gəncəvi |
Ssenari müəllifi | Ədhəm Qulubəyov |
Operator | Antonina Korotnitskaya |
Bəstəkar | Oqtay Rəcəbov |
Rəssamlar |
Məsud Pənahi Elçin Axundov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 7 dəq. |
Ölkələr |
![]() |
Dil | rusca |
İl | 1976 |
Texniki məlumatlar |
1 hissə 195 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Kinolentdə sədaqətli nökər və amansız, qəddar şah haqqında söhbət açılır.
Günlərin birində zalım şah gənc nökərinə hirslənib onu ac-yalavac itlərin qarşısına atır... İtlər nökərin üstünə hücum etsələr də onu tanıyıb çəkilirlər. Məlum olur ki, vaxtilə nökər həmin itlərə qulluq edib, onları yedizdiribmiş. Beləliklə də, itlər oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq onu öldürtdürmək qərarına gəlir.
Filmdə belə bir fikir irəli sürülür: şərlə mübarizədə xeyir həmişə qalib gəlir.
Film haqqında
Film Nizami Gəncəvinin əsərinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Nizami Gəncəvi
- Ssenari müəllifi: Ədhəm Qulubəyov
- Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev
- Quruluşçu rəssam: Məsud Pənahi (Məqsud Pənahi kimi), Elçin Axundov
- Operator: Antonina Korotnitskaya
- Bəstəkar: Oqtay Rəcəbov
- Səs operatoru: Kamal Seyidov
- Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Vahid Talıbov
- Fon rəssamı: Tahir Piriyev
- Montaj edən: Esmira İsmayılova
- Rejissor assistenti: Hafiz Əkbərov
- Operator assistenti: Ramiz Ağayev
- Rəssam assistenti: Y.Uznadze
- Redaktor: Fərman Kərimzadə
- Filmin direktoru: A.Məhərrəmov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.