Şah I Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi.
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1603-1618) | |||
| |||
Tarix | 1614-1617 | ||
Yeri | Şərqi Gürcüstan | ||
Səbəbi | Kartli və Kaxetiyanın vassal hökmdarlarının Şah I Abbasa tabe olmaması. | ||
Nəticəsi |
Səfəvilər III Luarsab və I Teymurazın üsyanlarını yatırdılar. Tiflis yenidən ələ keçirildi və yağmalandı. Kartli və Kaxetiyada Səfəvi hakimiyyəti bərpa edildi. Gürcülər kütləvi formada qırğına və deportasiyaya məruz qaldılar. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Arxa plan
1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi.[1] Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu.[1] 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər.[6][7] 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
İşğal
Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı.[1] Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi.[6] 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü.[1][6]
I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər. Ancaq Luarsab könüllü olaraq şaha təslim oldu, Abbas başlanğıcda ona yaxşı davrandı, ancaq Luarsab və Teymurazın osmanlılarla ittifaq qurduğunu öyrəndikdə Luarsabın İslamı qəbul etməsini istədi, rədd edən Luarsab həbs edildi.[1]
Teymuraz 1615-ci ildə Osmanlı-Səfəvi düşmənliyinin yenidən canlanmasından yararlanaraq şərqi Gürcüstana geri döndü və oradakı Səfəvi ordusunu məğlub etdi. Ancaq Osmanlı ordusu Səfəvilər üzərinə yürüşü ertələdikdən sonra Abbas Teymurazın üzərinə ordu göndərdi. Tiflisdə müqavimət göstərilsə də, bütün şərqi Gürcüstan yenidən səfəvilərə tabe edildi.
Sürgünlər
Kaxetiyada edilən cəza yürüşündə Abbasın ordusu 60-70 min və 100.000 gürcünü öldürdü.[4][3][1][8][9] İki qatını isə İrana sürgün etdi.[1][10] Kaxetiya əhalisinin 3\2 hissəsi yox edildi. 1617-ci ildə daha çox qaçqın toplandı. 1619-cu ildə Abbas ona sadiq olan Simonu və ya (Səmayun xan) Kaxetiyanın kukla hökmdarı olaraq təyin etdi. Lakin üsyançıların çox olduğu yerlərə şah özü vali təyin etdi.[6]
Sonrası
I Abbas şərqi Gürcüstan üzərində bir müddət nəzarəti ələ keçirdi, lakin Giorgi Saakadze, kral Teymuraz 1625 və 1626-cı ildə bölgədə Səfəvi nəzarətini azaltmada daha təsirli olan yeni üsyanlara rəhbərlik etdi.[1]
Mənbə
İstinadlar
- Rayfield, Donald. Edge of Empires. London: Reaktion Books Ltd. 2012. ISBN 978-1-78023-030-6.
- Eskandar Beg, pp. 900-901, tr. Savory, II, p. 1116
- Blow, 2009. səh. 174
- Mikaberidze, 2015. səh. 291, 536
- Malekšāh Ḥosayn, p. 509
- Mitchell, 2011. səh. 69
- Savory, 1980. səh. 183–184
- Monshi, 1978. səh. 1116
- Khanbaghi, 2006. səh. 131
- Kacharava, 2011. səh. 231
Ədəbiyyat
- Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 978-0857731814.
- Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (e). Rowman & Littlefield. 2015. ISBN 978-1442241466.
- Parizi, Mohammad-Ebrahim Bastani. GANJ-ʿALĪ KHAN // Encyclopaedia Iranica, Vol. X, Fasc. 3. 2000. 284–285.
- Ghafouri Ali History of the Iran's battles, from the Medes up to today 2009 ISBN 9789644237386.
- Asadollah Matoufi 4000 years history of Iran army, Persian title: Tārīkh-i chahār hazār sālah-i artish-i Īrān 2003 ISBN 9646820034.
- Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods. Cambridge: Cambridge University Press. 1986. 189–351. ISBN 9780521200943.