Səlim karvansarası

Səlim karvansarasıDərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara.[3]

Səlim karvansarası
Səlim karvansarası
39°56′58″ şm. e. 45°14′12″ ş. u.
Ölkə
Yerləşir Arpa[2]
Tikilmə tarixi 1332
Uzunluğu
  • 26 m
Eni 13 m
Material bazalt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Səlim karvansarası müasir dövrdə

Ümumi məlumat

Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.[4]

Karvansaranın planı

Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir:

"Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328[5]


Erməni saxtakarlığı

Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62). Həmin yol üzərində Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə, qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr. İv. Kuçuk-İoannasov iddia edir ki, "tatarlar" (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar, halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Hətta ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub.

Qalereya

İstinadlar

  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. Wiki Loves Monuments monuments database. 2017.
  3. İbrahim Bayramov. "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti". Bakı, "Şərq-Qərb", 2012. səh.278
  4. Ermənistanda Azərbaycan mədəni irsinə qarşi vandalis Arxivləşdirilib 2011-01-24 at the Wayback Machine m
  5. "Arxivlənmiş surət" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.